Mobil versiya
Sumqayıtda 40 yaşlı kişinin qulağını kəsdilər - VİDEO
Tarix: 25-08-2018 | Saat: 13:22
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Sumqayıtda 40 yaşlı kişinin qulağını kəsdilər - VİDEO


Sumqayıtda 40 yaşlı evli kişi küçədə küt alətlə ölümcül döyülüb. Modern.az xəbər verir ki, hadisə şəhərin Yaşıldərə yaşayış massivində baş verib.



“Xəzər xəbər”in məlumatına görə, küçədə gedən Sumqayıt şəhər sakini, 1978-ci il təvəllüdlü Zərbəliyev Elşad Səlim oğlu adı hələki istintaqa məlum olmayan şəxslərin hücumuna məruz qalıb. Naməlum şəxslər Elşad Zərbəliyevin əvvəlcə başına küt alətlə vurublar. Daha sonra onu ölümcül döyərək qulağını kəsici alətlə kəsmək istəyiblər. Başında, qulağından və bədəninin müxtəlif nahiyələrindən xəsarət alan yaralı ağır vəziyyətdə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb.



Faktla bağlı araşdırma aparılır.

aia.az

[flash=425,264]https://www.youtube.com/watch?v=D83RIssczM8[/flash]



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024