Mobil versiya
Danimarka Almaniya ilə sərhəddə hasar tikəcək - Donuzları taundan qorumaq üçün
Tarix: 15-08-2018 | Saat: 15:24
Bölmə:Media | çapa göndər

Danimarka Almaniya ilə sərhəddə hasar tikəcək - Donuzları taundan qorumaq üçün




Danimarka Almaniya ilə sərhəddə 70 kilometrlik hasar tikmək niyyətindədir.

Trend-in məlumatına görə, buna səbəb kimi Danimarkadakı ev donuzlarının Almaniyadan gələn və Afrika taunu virusunun yayılmasına səbəb olan çöl donuzlarından qorunması göstərilib.

Nə Almaniyada, nə də Danimarkada bu xəstəliyə rast gəlinməsə də, Afrika taunu Estoniya, Latviya, Litva və Polşada qeydə alınıb.

Hündürlüyü 1,5 metr olacaq hasarın 2019-cu ildə inşa olunacağı bildirilib. Hasarın dəyəri 11 milyon avro təşkil edəcək.

Mütəxəssislər bu yolla heyvanlar arasında mümkün xəstəliyin qarşısının alına biləcəyini hesab etsə də, ekoloqlar hasarın maral, canavar, tülkü və digər heyvanların miqrasiyasına maneə yaradacağını iddia edir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024