Mobil versiya
Türkiyə ABŞ-a qarşı hərəkətə keçdi – banklara 6 milyard dollar, 3 milyard dollarlıq qızıl ayırdı
Tarix: 13-08-2018, 11:37 | Saat: 15:47:00
Bölmə:Manşet / Gündəm | çapa göndər

Türkiyə ABŞ-a qarşı hərəkətə keçdi – banklara 6 milyard dollar, 3 milyard dollarlıq qızıl ayırdı


Türkiyə Mərkəzi Bankı lirənin dollar qarşısında kəskin ucuzlaşması əlaqədar banklara yardım tətbiq edib.



Modern.az “Haber Türk” nəşrinə istinadən xəbər verir ki, Mərkəzi Bank banalara yardım üçün 10 milyard lirə, 6 milyard dollar və 3 milyard dollar dəyərində qızıl yardım etməyə qərara alıb. .

Bankın bəyanatında ümumilikdə 12 milyard dollar dəyərində maliyyə yardımı tətbiq edildiyi bildirilir.

Yardımın maliyyə bazarlarının səmərəli fəaliyyətini dəstəkləmək və banklardakı likviditlərin idarə olunmasında elastikliyin təmin olunması məqsədilə verildiyi qeyd edilir.

Bununla yanaşı, banklara kredit götürülməsi zamanı müxtəlif yeniliklər də tətbiq edilib.



Belə ki, artıq lirə ehtiyat mexanizmi çərçivəsində tələb olunan ehtiyatlarda ABŞ dolları ilə yanaşı avrodan da istifadə edilə bilər. Həmçinin xarici valyuta öhdəlikləri üzrə maksimal orta göstərici 8 faizə çatdırılıb.



Qeyd edək ki, ABŞ-Türkiyə gərginliyi fonunda lirə dollar qarşısında rekord həddə ucuzlaşıb. 1 dollar 7 lirəni keçib.



aia.az



5535 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

16-07-2019
«    Июль 2019    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031