Mobil versiya
Ərdoğan: “Kimin yastığının altında dollar, qızıl varsa, gətirib dəyişsin”
Tarix: 10-08-2018 | Saat: 16:09
Bölmə:Dünya | çapa göndər

Ərdoğan: “Kimin yastığının altında dollar, qızıl varsa, gətirib dəyişsin”


“Dollar-mollar bizim yolumuzu kəsə bilməz.Yenidən təkrarlayıram: kimin yastığın altında dolları, qızılı, avrosu varsa, gəlib mübadilə etsin”.

Modern.az xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Bayburt şəhərində mitinqdə çıxışı zamanı deyib. Ərdoğan deyib ki, bu məsələ milli mübarizədir.

“Bizə qarşı iqtisadi müharibə elan edənlərə mənim xalqımın cavabı olacaq. Bu gün üçün deyil də nə zaman? Milli pulumuzla bunlara cavab verək”.

Qeyd edək ki, Türkiyə lirəsi bu gün dollar qarşısında rekord həddə ucuzlaşıb. Hazırda 1 dollar 6 TL civarındadır.



aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024