Mobil versiya
Gec yaşda ana olmaq xərçəngə tutulma riskini artırır
Tarix: 09-08-2018 | Saat: 16:07
Bölmə:Karusel / Səhiyyə | çapa göndər

Gec yaşda ana olmaq xərçəngə tutulma riskini artırır


30 yaşdan sonra ana olacaq qadınların süd vəzi xərçənginə tutulma ehtimalı daha çoxdur.

aia.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Azərbaycan Tibb Universitetinin (ATU) Onkoloji Klinikasının baş həkimi Nəsimi Qasımov deyib.

"Misal üçün 20 yaşında ailə quran qadının süd vəzi xərçənginə tutulması 30 yaşlı qadından 10% daha aşağıdır. Beləliklə xərçəng xəstəliyinə tutulma ehtimalı hər artan 10 ilə 10% çoxalır. İndiki dövdə qadınlarımız karyera fikirləşir, ailə həyatı arxa plana keçib. Ancaq onlar bilməlidirlər ki, gec ailə həyatı qurmaq və ana olmaq onların həyatını təhlükəyə atır".

Qeyd edək ki, 1996-cı ilin statistikasına görə Azərbaycanda bir ildə 750 qadın süd vəzi xərçənginə yoluxub, ötən il isə bu rəqəm 2 minə çatıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024