Mobil versiya
Ukrayna prezidenti jurnalistə zəng etdi: “Deyə biləcəyim tək şey var”
Tarix: 07-08-2018 | Saat: 14:18
Bölmə:Siyasət | çapa göndər

Ukrayna prezidenti jurnalistə zəng etdi: “Deyə biləcəyim tək şey var”


Ukrayna prezidenti Pyotr Poroşenko ölkə ərazisində olmadığı barədə hazırlanmış xəbəri təkzib etmək üçün jurnalistlə şəxsən telefonla danışıb.



Modern.az TXX (Televiziya Xəbər Xidməti) kanalına istinadən xəbər verir ki, yayıma bir neçə dəqiqə qalmış Poroşenko şəxsən Olqa Vasilevskoya zəng edib.

O jurnalistə zəng edərək ölkə paytaxtı Kiyevdə olduğunu şəxsən bildirib.

Bundan əvvəl ölkə mətbuatında Poroşenkonun İspaniyada Marbella kurort şəhərində, öz villasında istirahət etdiyi bildirilirdi.



Kanal da bu mövzuda veriliş hazırlayaraq efirə buraxmağa hazırlaşarkən prezidentdən zəng gəlib.

“Sizə bildirmək istəyirəm ki, mən hazırda Ukraynada, Kiyevdə, Bankovaya küçəsində iş yerindəyəm. Mənim təvazökar şəxsimin sayəsində əsasən də böyük oliqarxın hesabına sizin İspaniyada istirahət etməyinizə çox şadam. Deyə biləcəyiniz tək bir şey mən Madrid və Santyaqo de Komposteladan başqa nə bu il, nə də keçə il, nə böyük nə də kiçik dağda, nə də ki Marbellada istirahət etməmişəm” – Paraşenko bildirib.



Jurnalistin sözlərinə görə bununla yanaşı prezident Marbellada hər hansı bir villasının olması və prezident təyyarəsinin Venada 8 gün ərzində nə etməsi barədə suallara cavab verməyib. O sözlərini deyərək dəstəyi yerinə qoyub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024