Mobil versiya
Bakıda bir həftədə 1337 nəfər xəstəxanalara yerləşdirilib
Tarix: 07-08-2018 | Saat: 12:50
Bölmə:Səhiyyə | çapa göndər

Bakıda bir həftədə 1337 nəfər xəstəxanalara yerləşdirilib



Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına son bir həftə ərzində iyulun 30-dan avqustun 5-dək 13763 ümumi müraciət daxil olub.

aia.az-ın məlumatına görə, onlardan 1337 nəfəri xəstəxanalara yerləşdirilib. Uşaqlar üçün edilən çağırışların sayı 1704, onlardan xəstəxanalara yerləşdirilənlərin sayı isə 225 olub.

Miokard infarktı ilə müraciətlərin sayı 12, hospitalizasiya 12; insultla müraciətlərin sayı 52, hospitalizasiya 52; cərrahi xəstəliklərlə bağlı müraciətlərin sayı 112, hospitalizasiya 112, doğuşla bağlı müraciətlərin sayı 57, hospitalizasiya 57; zədə ilə bağlı müraciətlərin sayı 326, hospitalizasiya 307; 23 avtoqəza hadisəsi nəticəsində xəsarət alanların sayı 30, hospitalizasiya 25 olub.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
22-04-2024