Mobil versiya
Yardımlıda 3 min il yaşı olan kurqan qəbirlər aşkar edilib
Tarix: 06-08-2018 | Saat: 09:44
Bölmə:Manşet / Gündəm | çapa göndər

Yardımlıda 3 min il yaşı olan kurqan qəbirlər aşkar edilib


Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu Yardımlı rayonunun Arvana kəndi yaxınlığındakı Komanı yaylaqlarında, dəniz səviyyəsindən 2100 metr yüksəklikdə tunc dövrünün son mərhələsinə aid yeni kurqanların arxeoloji tədqiqinə başlayıb.

Arxeoloji ekspedisiyanın rəhbəri, dosent Anar Ağalarzadə Trend-ə bildirib ki, ətrafı kromlex düzümlü kurqanlardan birinin qazıntısı zamanı tunc dövrünün xarakterik adətlərindən biri olan parçalanaraq dəfn edilmiş insan skeleti aşkar olunub.

Onun sözlərinə görə, insan skeletinin yanından tapılmış bir ədəd boz-qara rəngli keramika fraqmenti dəfn abidəsinin son tunc dovrünə aid olduğunu söyləməyə imkan verir: "Lakin daha dəqiq tarix insan sümükləri üzərində aparılacaq radiokarbon analizlərin nəticəsindən sonra bilinəcək. Bu arxeoloji tapıntılar Azərbaycan tarixinin qədim dövrünə aid zəngin maddi mədəniyyət nümunələridir. Sistemli olaraq bölgədə aparılacaq kompleks arxeoloji tədqiqatlar nəticəsində ərazinin dağlıq hissəsinin qədim dövr maldar cəmiyyətləri tərəfindən mənimsənilərək məskunlaşması məsələsinə aydınlıq gətiriləcək".

Xatırladaq ki, bu tip dəfn abidəsini XIX əsrin sonlarında fransız arxeoloqu Jak de Morqan Lerik rayonu ərazisində tapıb. Eyni zamanda, bu tipli kurqanlar İranın Gilan vilayətinin dağlıq Talış ərazisindəki həmdövr abidələrindən də məlumdur.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024