Mobil versiya
Ulu öndər yad olundu
Tarix: 11-12-2015 | Saat: 16:20
Bölmə:Gündəm / Manşet / Karusel | çapa göndər


Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində ulu öndər və ümummilli lider Heydər Əliyevin anım günü münasibətilə bağlı tədbir keçirilib.

Aia.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan muzeyin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar mədəniyyət işçisi Alla Bayramova, o cümlədən, muzeyin şöbə müdiri Təranə Zeynalova ümummilli liderin həyat və fəaliyyəti haqqında çıxışlar ediblər.

Tədbirdə Türkiyə səfirliyinin mədəniyyət və turizm üzrə müşaviri Murad Karaçanta, Krım-Sevastopol Dövlət Teleradiosunun “Azərbaycan - Qobustan” proqramının redaktoru Həbib Əliyev çıxış edib. Çıxışlar H.Əliyevin həyat yolunu əks etdirən slayd-şou ilə müşayiət olunub.

Tədbir muzeyin Qədim Musiqi Alətləri Dövlət Ansamblının ifasında ümumilli liderin xatirəsinə həsr olunmuş musiqi proqramı ilə davam edib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə