Mobil versiya
Prezident yol tikintisinə 4 milyon manat ayırdı
Tarix: 04-08-2018 | Saat: 17:10
Bölmə:Manşet / Gündəm | çapa göndər

Prezident yol tikintisinə 4 milyon manat ayırdı


Prezident İlham Əliyev Samux rayonunun Yenikənd–Köbər–Qaraağaclı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

aia.az-ın xəbərinə görə, sərəncamda qeyd edilir ki, 4 min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Yenikənd–Köbər–Qaraağaclı avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 4 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.

Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024