Mobil versiya
Türkiyə ABŞ-ın 2 nazirinin əmlakını dondurdu - Ərdoğandan Trampa sərt MESAJ
Tarix: 04-08-2018 | Saat: 14:52
Bölmə:Manşet / Dünya | çapa göndər

Türkiyə ABŞ-ın 2 nazirinin əmlakını dondurdu - Ərdoğandan Trampa sərt MESAJ



Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın iki nazirə tətbiq etdiyi addıma cavab verəcəklərini söyləyib.



Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğan analoji olaraq ABŞ-ın ədliyyə və daxili işlər nazirlərinin Türkiyədəki əmlakının dondurulduğunu bəyan edib.



Türkiyə prezidenti bu oyunun strateji ortaqlığa yaraşmadığını və ABŞ-ın ciddi hörmətsizlik etdiyini qeyd edib.



“Bu gün yoldaşlarıma təlimatı verirəm, Amerikanın Ədliyyə və Daxili İşlər nazirlərinin Türkiyədəki mal varlıqlarını varsa, donduracağıq. Türkiyə bu yanaşma ilə tərbiyə edilə bilməz. Bu evangelist və sionist bir yanaşmadır. Cənab Trampa bu mövzuda böyük bir oyun oynanılıb. Bu oyunu cənab Trampın dayandırmağı lazımdır” – Ərdoğan bildirib.



Qeyd edək ki, bundan əvvəl ABŞ prezidenti Donald Trampın administrasiyası Türkiyənin daxili işlər və ədliyyə nazirlərinə qarşı sanksiya tətbiq edib. ABŞ bu sanksiyaları vətəndaşı rahib Endrü Bransonın təhvil verilməməsinə görə etdiyini bildirir. Sanksiyalara görə Türkiyənin daxili İşlər və ədliyyə nazirləri ilə müqavilə bağlanması qadağan edilir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024