Mobil versiya
Qanunsuz heyvan kəsimi məntəqələrinin qurğuları söküldü
Tarix: 04-08-2018 | Saat: 14:31
Bölmə:Karusel / Ölkə | çapa göndər

Qanunsuz heyvan kəsimi məntəqələrinin qurğuları söküldü


Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida təhlükəsizliyi tələblərinə, sanitar-gigiyenik normalara uyğun olmayan heyvan kəsimi məntəqələrinin fəaliyyətini dayandırmaq məqsədi ilə Daxili İşlər Nazirliyi və yerli icra hakimiyyəti orqanları ilə birlikdə növbəti monitorinq keçirib.



Bu barədə aia.az-a AQTA-dan məlumat verilib.



“Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2018-ci il tarixli sərəncamının icrası ilə əlaqədar Qida Təhlükəsizliyi Agentliyi baytarlıq-sanitariya və gigiyena normalarına cavab verməyən yerlərdə, küçələrdə, yol kənarlarında heyvan kəsimi ilə məşğul olan şəxslərdən qanunsuz fəaliyyətlərini dayandırmağı tələb edib.



Aparılan yoxlanış tədbirləri nəticəsində Qaradağ rayonunda fəaliyyət göstərən 20-yə yaxın qanunsuz heyvan kəsimi məntəqələrinin sahiblərinə ciddi xəbərdarlıq edilib və yol kənarlarında quraşdırılmış qida təhlükəsizliyi tələblərinə uyğun olmayan kəsim qurğuları icra hakimiyyəti orqanlarının nümayəndələri tərəfindən sökülüb.



Qida Təhlükəsizliyi Agentliyi bildirir ki, qanunvericiliyin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və yerli icra hakimiyyəti orqanları ilə birlikdə bu cür fəaliyyətlərin aradan qaldırılması üçün monitorinqlər davam etdiriləcək və qanunla müəyyən olunmuş qaydada tədbirlər həyata keçiriləcək.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024