Mobil versiya
Bakıdan Dubaya 100 min apararkən gömrükdə saxlanıldı
Tarix: 04-08-2018 | Saat: 14:29
Bölmə:Karusel / Gündəm | çapa göndər

Bakıdan Dubaya 100 min apararkən gömrükdə saxlanıldı



Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları xeyli miqdarda milli valyutanın ölkənin gömrük sərhədindən gömrük nəzarətinə bəyan etməməklə keçirilməsinə cəhdin qarşısını alıblar.

aia.az xəbər verir ki, Dövlət Gömrük Komitəsindən Bakı-Dubay aviareysi ilə getmək istəyən İran vətəndaşı "yaşıl kanal" buraxılış sistemindən istifadə etməklə gömrük nəzarətindən keçsə də, lakin onun baqajı rentgen aparatında yoxlanılarkən monitorda şübhəli predmetlərin təsviri görünüb.

Vətəndaş saxlanılıb və onun yükləri təkrar yoxlanılıb.

Yoxlama zamanı, vətəndaşın iki çamadanından birində 45.000 AZN, digərində 40.000 AZN, əl yükü olan çantasında isə 15.000 AZN olmaqla, cəmi 100.000 Azərbaycan manatı aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024