Mobil versiya
İmzalar açıqlandı - CHP yeni liderini seçəcək
Tarix: 02-08-2018 | Saat: 17:20
Bölmə:Siyasət | çapa göndər

İmzalar açıqlandı - CHP yeni liderini seçəcək




Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasında (CHP) yeni lider seçmək tələbilə növbədənkənar qurultayın keçirilməsi üçün toplanan imzaların sayı açıqlanıb.
AzVision.az Anadolu agentliyinə istinadən xəbər verir ki, CHP Partiya Məclisinin üzvü Gaye Usluər qurultayın keçirilməsi üçün 630 imza toplandığını bəyan edib.

“Partiya sədrimiz vaxt itirmədən növbədənkənar qurultayın çağırılması prosesinə başlamalıdır.” – deyə Usluər bildirib.

Qurultayın yaxın 45 gün ərzində təşkil ediləcəyi ehtimal olunur.

Qeyd edək ki, Türkiyədə iyunun 24-də keçirilən parlament və prezident seçkilərindən sonra CHP-nin bir sıra üzvləri partiyanın lideri Kamal Kılıçdaroğlunu uğursuz siyasətdə günahlandırmış və ondan seçkilərdə prezidentliyə namizəd olmuş Məhərrəm İncenin xeyrinə vəzifəsini tərk etməyi tələb ediblər.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-04-2024