Mobil versiya
DİN-dən Gəncədə baş verdiyi iddia edilən olayla bağlı AÇIQLAMA
Tarix: 02-08-2018 | Saat: 14:24
Bölmə:Manşet / Gündəm | çapa göndər

DİN-dən Gəncədə baş verdiyi iddia edilən olayla bağlı AÇIQLAMA


Bəzi xəbər saytlarında və sosial şəbəkələrdə Gəncə şəhərində baş verdiyi iddia edilən qadının yandırılması videosu saxtadır, həmin hadisə Azərbaycanda baş verməyib.

aia.az xəbər verir ki, bunu Report-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin İnformasiya bölməsinin rəisi, polis polkovniki İlham Babayev bildirib.

O deyib ki, Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən belə bir hadisə qeydə alınmayıb.

İ.Babayev mətbuatı bu kimi xəbərləri hazırlayarkən həssas yanaşmağa çağırıb.

DİN-in mətbuat xidmətinin Qərb Regional Qrupundan da "Report"un yerli bürosuna bildirilib ki, yayılan video təxribat xarakteri daşıyır: "Hadisəsinin guya Gəncə şəhərində baş verməsi tamamilə yalandır".

Qeyd edək ki, yayılmış video görüntülərdə hicablı qadının dükanda bir kişi tərəfindən diri-diri yandırılması əks olunur. Bəzi xəbər saytları həmin hadisənin Gəncə şəhərində baş verdiyini iddia edib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024