Mobil versiya
“Bu, qəza yox, qətldir” - Gənc xanəndələrin ölümü ilə bağlı iddia
Tarix: 01-08-2018 | Saat: 16:59
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

“Bu, qəza yox, qətldir” - Gənc xanəndələrin ölümü ilə bağlı iddia


Gənc xanəndələr Miryusif Mirizadə və Novruz Hüseynovun ölümü ilə bağlı qeyri-rəsmi iddia yayılıb.

aia.az xəbər verir ki, adının açıqlanmasını istəməyən sənətçinin Axar.az-a verdiyi məlumata görə, hadisə bu gün səhərüzü, saat 05 radələrində, Bərdə istiqamətindəki şosedə baş verib.

"Bizim aldığımız məlumata görə, Miryusifdə 17 bıçaq zərbəsi aşkarlanıb. Novruz Hüseynov isə ümumiyyətlə yoxdur, harada olduğu bilinmir”, - deyə mənbə bildirib.

İlkin ehtimala görə, bu, qəza yox, qətldir.

Miryusif Mirizadənin məşhur xanəndə, əməkdar artist Səbuhi İbayevin yaxın qohumu olduğu da qeyd edilib.

Qeyd edək ki, 2015-ci ildə təşkil edilən "Televiziya Muğam Müsabiqəsi"nin iştirakçıları Miryusif Mirizadə (29) və Novruz Hüseynov (28) Ağcabədi-Bərdə yolunda qəzaya düşdüyü və hər ikisinin dünyasını dəyişdiyi barədə Milli.az məlumat yayıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024