Mobil versiya
Üç şirkətin bir-birinə qarşı iddiaları: 6 milyonluq əmlak davası
Tarix: 01-08-2018 | Saat: 12:39
Bölmə:Karusel / Gündəm | çapa göndər

Üç şirkətin bir-birinə qarşı iddiaları: 6 milyonluq əmlak davası


“Biləcəri Təmir Quraşdırma” Qapalı Tipli Səhimdar Cəmiyyəti (QTSC) ilə 16 saylı İnşaat-İstehsalat Təsərrüfat Tresti və “Cənnət Park” MTK arasında məhkəmə prosesi keçirilib.

Publika.az-ın xəbərinə görə, “Biləcəri Təmir Quraşdırma” QTSC-nin sədr müavini Samir Əliyev bildirib ki, QTSC Azərbaycan Respublikasının ərazisində sahibkarlıq fəaliyyəti ilə məşğul olur: “Fəaliyyətimiz dövründə 16 saylı İnşaat-İstehsalat Təsərrüfat Tresti aramızda bağlanmış müqavilə şərtlərini pozaraq təhvil verdiyimiz dəmir boruların pulunu ödəmədiyindən tərəfimizdən məhkəmə iddiası qaldırılıb. 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin 10 fevral 2015-ci il tarixli qətnaməsinə əsasən 16 saylı İnşaat İstehsalat Təsərrüfat Trestindən “Biləcəri Təmir Quraşdırma”nın xeyrinə 6.468.936 manat pulun ödənilməsi qət edilib”.

Samir Əliyev qeyd edib ki, bununla bağlı Binəqədi rayon icra şöbəsindən başlanmış icra tədbirlərinin gedişində onlara borclu olan 16 saylı İnşaat-İstehsalat Trestinə məxsus 2100 ədəd boru aşkar olunub: “Həmin boruların üzərinə məhkəmə qərarı ilə həbs qoyulub. Borular 2.081.820 manat dəyərində qiymətləndirilib və borcun əvəzində bizə təklif edilib. Təklif müsbət qəbul edildiyindən həmin dəmir borular icra məmurları tərəfindən aktlaşdırılmaqla məhkəmə qətnaməsinə əsasən “Biləcəri Təmir Quraşdırma” QTSC-yə ödənilməli olan borcun bir hissəsinin əvəzi olaraq mülkiyyətimizə verilib.

Sonradan “Cənnət Park” MTK qeyd edilən dəmir boruların onlara məxsus olmasını əsas gətirməklə həmin işə maraqlı şəxs qismində qoşulub, məhkəmə qərarlarını mübahisələndirib.

Yekun olaraq Ali Məhkəmənin 30 iyun 2017-ci il tarixli qərarı ilə müəyyən edilib ki, dəmir borular QTSC-nin mülkiyyətinə verilib, onun mülkiyyəti hesab olunur. Sonradan “Cənnət Park” MTK Ali Məhkəmənin bu qərarından Konstitusiya Məhkəməsinə şikayət versə də, sözü gedən məhkəmə tərəfindən şikayət baxılması üçün icraata qəbul olunmasından imtina edilib. Bununla da qanuni qüvvəsini almış məhkəmə qərarlarına əsasən və Binəqədi rayon icra şöbəsində başlanmış icra tədbirlərinin yekunu olaraq dəmir borular QTSC-nin mülkiyyətinə verilib”.

Samir Əliyevin sözlərinə görə, dəmir borularla bağlı məhkəmə mübahisələri başa çatdıqdan sonra “Cənnət Park” MTK müxtəlif məzmunlu iddia ərizələri ilə QTSC-yə qarşı iş başlanıb: “Demək olar ki, 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin bütün hakimləri həmin müxtəlif məzmunlu iddialara baxıb və hər dəfə “Cənnət Park”ın iddiaları rədd edilib. Yalnız 1 saylı İnzibati-İqtisad Məhkəməsinin hakimi Aidə Hüseyn Ali Məhkəmənin, Konstitusiya Məhkəməsinin qərarlarını və qanuni tələblərini nəzərə almayıb, “Cənnət Park”ın xeyrinə qərəzli olaraq əsassız iddialarını təmin edən qərar qəbul edib.

Ali Məhkəmədə və Konstitusiya Məhkəməsində işə baxıldıqdan sonra hakim Aidə Hüseyn heç bir əsas olmadan “Cənnət Park”ın ərizəsinə əsasən bizim mülkiyyətimizdə olan dəmir boruların üzərinə həbs qoyub.

Tərəfimizdən həmin qərardan şikayət verilib və Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə 1 saylı İnzibati-İqtisad Məhkəməsinin qətnaməsi ləğv edilib. Güman edirdik ki, bundan sonra Aidə Hüseyn hər hansı qanunsuz qərar qəbul etməz. Lakin hakim Aidə Hüseyn 24 iyul 2018-ci il tarixdə növbəti dəfə bu mülkiyyətimizdə olan dəmir boruların “Cənnət Park”a verilməsinə dair qərar qəbul edib.

Hakimin qərarında haqsızlıq var. Bir daha təsdiq olunur ki, məhz onun tərəfindən hələ 2015-ci ildə qəbul edilmiş qərarlara əsasən 16 nömrəli Trestin bizə borclu olması, borcun əvəzində dəmir boruların aşkar edilməsi, üzərinə həbs qoyulması və borc əvəzinə bizim mülkiyyətimizə verilməsi qərara alınıb. Lakin üç ildən sonra hakim öz mövqeyini dəyişərək həmin dəmir boruların “Cənnət Park”a verilməli olması barədə qərar qəbul edib”.

Samir Əliyev sonuncu qəbul edilən qərardan Bakı Apelyasiya Məhkəməsinə şikayət ünvanlayacağını deyib.

O bildirib ki, qərarın haqsız olması ilə bağlı Ədliyyə Nazirliyinə, Məhkəmə Hüquq Şurasına və Ali Məhkəməyə müraciət edəcəklər.

Şikayətçi qeyd edib ki, hakimin sonuncu çıxardığı qərarı məhkəmə süründürməçiliyi kimi qiymətləndirib və bununla bağlı müvafiq qurumlardan tədbir görülməsini xahiş edir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-04-2024