Mobil versiya
Millət vəkili: Bəzi radikal qruplar Azərbaycandakı tolerant mühitdən sui-istifadə etməyə çalışır
Tarix: 30-07-2018 | Saat: 14:05
Bölmə:Siyasət | çapa göndər

Millət vəkili: Bəzi radikal qruplar Azərbaycandakı tolerant mühitdən sui-istifadə etməyə çalışır


Azərbaycan nəinki regionda, hətta bütövlükdə dünyada insan hüquq və azadlıqlarının, eləcə də din və vicdan azadlıqlarının ən yüksək səviyyədə təmin olunduğu bir ölkədir. Bunu Trend-ə Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Millət vəkilinin sözlərinə görə, çox maraqlıdır ki, Azərbaycanı dini dözümsüzlükdə və din xadimlərinə qarşı sərt davranmaqda ittiham edən bir qrup radikal ünsür bu tolerant mühitdən sui-istifadə edərək əslində özləri kimi radikalları və terrorçuları müdafiə edirlər:

“Hələ bu azmış kimi, məsələni həm də siyasiləşdirərək öz aləmlərində hakimiyyəti də şantaj etmək istəyirlər. Ancaq bunu elə ibtidai formada edirlər ki, kimdən sifariş aldıqları və nə məqsədlə etdikləri çox aydın şəkildə görünür. Ona görə də nə dindarlar, nə də cəmiyyətimizin ictimai fəal nümayəndələri bu antiazərbaycan təbliğatına qətiyyən fikir vermirlər. Son vaxtlar sosial şəbəkələrdə aktivləşən bu "informasiya terrorçuları" əslində ölkəmizdə fiziki terroru həyata keçirənlərin informasiya dəstəkçiləridir, eyni mərkəzdən idarə olunurlar. Hədəf Azərbaycanın milli və dövlət maraqlarıdır, hədəf ölkəmizdəki inkişaf və sabitlikdir. Ancaq bu da hələ hamısı deyil. Bu "informasiya terrorçuları"nın əsas hədəflərindən bir də siyasi hakimiyyətdir”.

H.Babaoğlu bildirib ki, dini məsələlərdə həmişə məhzəb kimi həssas məsələləri istismar edərək silaha çevirən radikallar siyasi məsələdə də Dağlıq Qarabağ probleminin həlli kimi həssas mövzunu silaha çevirməyə cəhd edirlər:

“Bu da təsadüfi deyil. Hazırda Azərbaycan iqtidarının uzunmüddətli hərbi-siyasi və diplomatik səyləri nəticəsində Dağlıq Qarabağ probleminin həlli ilə bağlı heç vaxt olmadığı qədər münbit şərtlər yaranmaqdadır. Siyasi prosesləri yaxından izləyənlər bunu yaxşı görürlər. Həmin dini radikalları gizlədən və himayə edən mərkəzlər isə bu problemin həllini əsla istəmirlər. Çünki problem həll olunarsa, onların Azərbaycana təzyiq rıçaqlarından bir əllərindən çıxar və Azərbaycanı istədikləri vaxt istədikləri kimi küncə sıxışdıra bilməzlər. Ona görə də din pərdəsi altında siyasi şantaj vasitəsilə ara qarışdırmağa cəhd edirlər. Yəni əba altından zopa göstərirlər. Eyni zamanda onların məqsədlərini ifşa edən informasiya vasitələrini xüsusi olaraq hədəfə alırlar. Yəni fərdi qaydada ayrı-ayrı subyektləri susdurmaqla onları ifşa edən informasiya resurslarına dərs vermək istəyirlər. Ancaq Azərbaycanda bu mümkün deyil. Çünki Azərbaycan cəmiyyəti belə məsələləri obyektiv dərk edəcək qədər kamildir. Ölkəmizdə savadlı və vətənpərvər dindarlar ordusu var ki, onlar da belə radikalların dini şüurumuzu manipulyasiya etmələrinə yol verməzlər. Ancaq əlbəttə ki, ölkəmizin informasiya məkanını informasiya terroruna məruz qoyanlara da əsla meydan vermək olmaz”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024