Mobil versiya
Hirkan Milli parkında baş verən yanğın söndürülüb
Tarix: 28-07-2018 | Saat: 11:19
Bölmə:Manşet / Ölkə | çapa göndər

Hirkan Milli parkında baş verən yanğın söndürülüb


Hirkan Milli parkının ərazisində yangın söndürülüb.



Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən aia.az-a məlumata görə, iyulun 27-də saat 23:00 radələrində Lənkəran rayonunun Şovu kəndinin yaxnlığında başlayan yanğın sonradan kəndin sərhədində yerləşən Hirkan Milli parkının ərazisinə keçib.



Naməlum səbəblərdən baş verən yanğının söndürülməsinə dərhal Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin yerli qüvvələri və texnikası, həmçinin mülki əhali cəlb olunub. Görülən operativ tədbirlər nəticəsində yanğın gecə saatlarında söndürülüb.



Yanğının dik yamac boyu sahələri əhatə etməsi səbəbindən əsasən quru ot və kol-kos yanıb. Milli parkın meşə örtüyünə ziyan dəyməyib. Ümumilikdə yanğın 0,6 hektar sahəni əhatə edib.



Yanğının səbəbləri araşdırılır.





aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024