Mobil versiya
Astarada maskalı şəxs bıçaqla evə basqın edib
Tarix: 27-07-2018 | Saat: 17:18
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Astarada maskalı şəxs bıçaqla evə basqın edib



Astarada quldurluq yolu ilə özgəsinin pulunu ələ keçirən şəxs saxlanılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan aia.az-a verilən məlumata görə iyulun 27-də Astara rayonunun Şahağacı kənd sakini olan bir qadın DİN-in "102 xidməti-zəng mərkəzi"nə müraciət edərək gecə saatlarında üzünə maska geyinmiş naməlum şəxsin onun yaşadığı evə pəncərədən daxil olaraq əlindəki bıçaq və mişarla hədələyib 5000 rublu və 2000 manat pulunu ələ keçirdiyini bildirib. RPŞ əməkdaşlarının "isti izlərlə" keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət hadisəsini törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Aparılan araşdırmalarla həmin şəxsin Astara rayonunun Şahağacı kənd sakini Rövşən Abdullayev olduğu müəyyən edilib və saxlanıldıqdan sonra cinayət hadisəsi zamanı istifadə etdiyi əlcək, maska və quldurluq yolu ilə əldə etdiyi 5000 rublu maddi sübut kimi götürülüb.

Faktla bağlı Astara RPŞ-nin istintaq bölməsində cinayət işi başlanılıb, araşdırma davam etdirilir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024