Mobil versiya
Cavid Qurbanov öz işçisindən narazı qalıb
Tarix: 27-07-2018 | Saat: 10:47
Bölmə:Manşet / Gündəm | çapa göndər

Cavid Qurbanov öz işçisindən narazı qalıb




"SV vaqonlarda qiymət artımına ehtiyac var idi. Çünki SV-də yer tapmaq olmurdu. Hər gələn, hər yerindən duran gəlib SV-yə bilet alırdı”.



“Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişindaşımaları Departamentinin rəis müavini Mədət Şıxəmirovun bu açıqlaması sosial şəbəkələrdə geniş müzakirə mövzusuna çevrilib.

Əksəriyyət qurum rəsmisinin “SV-də yalnız imkanlılar getməlidir” fikrini aztəminatlı vətəndaşlara həqarət kimi qiymətləndirib.


M.Şıxəmirov fikirlərinə davam edərək bildirib ki, qiymət artımından qabaq SV ilə o biri vaqonlar arasında çox cüzi qiymət fərqi olub: "O fərqi aradan qaldırmaq üçün qiymət qaldırılıb. SV-yə əsasən imkanlı şəxslər bilet alır".



M.Şıxəmirov kupe və plaskartların qiymətinin artmasına səbəb kimi isə yuxarı və aşağı yerlərin qiymətinin eyni olduğuna görə sərnişinlərin yalnız aşağı yer almasını göstərib: "Aşağı yerlər alınır, tam qurtarandan sonra digər vətəndaşlar gəlib yuxarı yerləri almağa məcbur olur. Ailə ilə gələn adam 4 yer almalıdır, məlum olur ki, 1 kupedə 4 yer yoxdur - 2 aşağı yer alınıb, 2 yuxarı yer qalıb. Biz aşağı yerin qiymətini qaldırmışıq ki, vətəndaşlar aşağı yer baha olduğuna görə ona üstünlük verməsinlər”.



Bunun Avropa, MDB praktikasında, xüsusilə də Rusiyada uzun illərdən bəri təsdiq olunan bir metod olduğunu söyləyən rəis müavini əvvəlki qiymətə nisbətən plaskartda təxminən 1 manat 50 qəpik, kupe vaqonlarda isə 2 manat fərq yarandığını bildirib.



“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Sevinc Qədirova Modern.az-a bildirib ki, Mədət Şıxəmirov sadəcə fikrini düzgün ifadə etməyib:


“Məsələ sədrimiz Cavid Qurbanovun da diqqətindədir. Yaxın günlərdə daha geniş açıqlama veriləcək”.



Qeyd edək ki, bu gündən-iyulun 27-dən ölkədaxili sürət və sərnişin qatarlarında gediş haqları orta hesabla, 10% artırılır.



aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024