Mobil versiya
Güzəştli mənzillərin satışı ilə bağlı yenidən elan veriləcək
Tarix: 27-07-2018 | Saat: 10:32
Bölmə:Ölkə | çapa göndər

Güzəştli mənzillərin satışı ilə bağlı yenidən elan veriləcək


"Güzəştli mənzil” sistemi vasitəsilə mənzillərin seçimi zamanı bərabər şəraitin yaradılması, şəffaflığın və operativliyin təmin edilməsi məqsədi ilə Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi aidiyyəti şirkət və qurumlarla birlikdə yaranmış nasazlıqları aradan qaldıraraq sistemin fəaliyyətinin təkmilləşdirilməsini həyata keçirib.

Bu barədə MİDA-nın mətbuat xidmətindən verilən məlumatda bildirilib.

Qeyd olunub ki, "Güzəştli mənzil” sisteminin dayanıqlı, etibarlı, təhlükəsiz, şəffaf və fasiləsiz iş rejimində fəaliyyətini təmin etmək üçün bir sıra işlər görülüb. Bununla yanaşı, MİDA tərəfindən "Ernst & Young" ("EY”) nüfuzlu beynəlxalq audit şirkətini cəlb edilərək, "Güzəştli mənzil” sisteminin Amerika Sertifikatlaşdırılmış İctimai Mühasiblər İnstitutunun (AICPA) müəyyən etdiyi təhlükəsizlik, konfidensiallıq, proseslərin bütövlüyü (tam, etibarlı və dəqiq), əlçatanlıq və fərdi məlumatların qorunması ("Trust Services” meyarları) kimi qabaqcıl beynəlxalq standartlara əməl olunması üzrə yoxlamalar keçirilib. Cari ilin 20 iyul tarixində "EY” şirkəti "Güzəştli mənzil” sisteminin qeyd edilən tələblərə cavab verməsi ilə bağlı həyata keçirdiyi qiymətləndirməni başa çatdırmış və əldə olunmuş nəticələrə dair "SOC 2” və "SOC 3” rəylərini təqdim etmişdir. Aparılmış yoxlamalar nəticəsində "Güzəştli mənzil" sisteminin etibarlılığı və Əsasnaməsində qeyd olunan məqsəd və fəaliyyət prinsiplərinə uyğunluğu təsdiqlənib.

SOC (Service Organization Controls) - elektron xidmət göstərən təşkilatlarda daxili nəzarət sistemlərinin effektivliyi haqqında hesabatlar toplusudur. "SOC 2” və "SOC 3”, "WebTrust” və "SysTrust”ın mövcud 5 prinsipinə (təhlükəsizlik, konfidensiallıq, proseslərin bütövlüyü (tam, etibarlı və dəqiq), əlçatanlıq və icazəsiz girişdən müdafiə) əsaslanan ictimai hesabatlardır. Bu rəyləri əldə etmiş təşkilatlar sırasına elektron xidmət göstərən "Google” (https://cloud.google.com/security/compliance/soc-3/) və "Amazon” (https://aws.amazon.com/ru/compliance/soc-faqs/) kimi dünyanın qabaqcıl şirkətləri var.


Qeyd olunmalıdır ki, "Güzəştli mənzil" sistemi "EY” şirkəti tərəfindən kompleks audit yoxlamalarından keçirilərək Azərbaycanda "SOC 2” və "SOC 3” rəylərini almış ilk və yeganə elektron sistemdir. Bu isə öz növbəsində sistem vasitəsilə göstərilən xidmətlərin təşkilinin nəzarətdə olmasını, mənzillərin satışı zamanı "Güzəştli mənzil” sisteminin hər bir istifadəçisinə bərabər seçim şəraitinin yaradılmasını, şəffaflığın və operativliyin təmin edilməsini təsdiqləyir.

"Güzəştli mənzil” sistemi, əsasnaməsinə uyğun olaraq "Elektron hökumət” portalında (www.e-gov.az) yaradılıb və ona inteqrasiya edilib. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 14 mart tarixli 1885 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində "Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxsi tərəfindən "Elektron hökumət” portalında müvafiq təkmilləşdirmə işləri aparılıb.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində "AzInTelekom” MMC tərəfindən proseslərin dayanıqlığının artırılması məqsədilə "DATA mərkəz”də əlavə resursların ayrılması operativ şəkildə təmin edilib və nazirliyin tabeliyində Məlumat Hesablama Mərkəzi tərəfindən elektron imzanın "Güzəştli mənzil" sistemində fəaliyyətinin dayanıqlığının artıılması istiqamətində sınaqlar keçirilib. Aparılan işlər artıq başa çatdırılmaq üzrədir. Qısa müddətdə güzəştli mənzillərin yenidən satışı ilə bağlı elan veriləcək.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024