Mobil versiya
Bakıda sevgilisini qısqanan qız özünü binadan atdı
Tarix: 10-12-2015 | Saat: 13:58
Bölmə:Cəmiyyət / Aia TV / Karusel | çapa göndər


Xəstənin vəziyyəti kritikdir.

Dünən Bakının Xətai rayonunda intihara cəhd olub.

Aia.az xəbər verir ki, bu barədə haqqin.az-a Xətai rayon Polis İdarəsindən bildiriblər.

Belə ki, təxminən saat 21.30 radələrində 1997-ci il təvəllüdlü Aşurova Xatirə Səlim qızı özünü Mehmandarov küçəsində yerləşən 2 saylı doqquzmərtəbəli evin 4-cü mərtəbəsindən atıb.

Hal-hazırda qız Azərsu xəstəxanasındadır. Xəstənin vəziyyəti kritikdir.

İlkin məlumata görə, Aşurovanın belə kəskin addımına səbəb sevgilisini qısqanması olub.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024