Mobil versiya
Azərbaycanda siqaretin satışı və idxalı ilə bağlı – YENİ QADAĞALAR
Tarix: 10-12-2015 | Saat: 13:57
Bölmə:İqtisadiyyat / Aia TV / Karusel | çapa göndər


Milli Məclis məlumat yaydı.

Azərbaycana tütün və tütün məmulatlarının idxalı və ticarəti ilə bağlı yeni qadağaedici şərtlər müəyyənləşdirilir.

Aia.az xəbər verir ki, Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı “Tütün və tütün məmulatı haqqında” qanuna əlavələr təklif edilir. Qanunun 14.3-cü (Hüquqi və fiziki şəxslər tərəfindən tütünün və tütün məmulatının idxalına aşağıdakı hallarda yol verilmir) və 15.3-cü (Tütünün və tütün məmulatının satışı aşağıdakı hallarda qadağan olunur) maddələrinə görə, tütün və tütün məmulatlarının idxalı və satışını şərtləndirən qadağalar sırasına daha bir bənd (tütün və ya tütün məmulatları genetik modifikasiya olunmuş bitkilərdən, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarından istifadə edilməklə istehsal olunduqda) əlavə olunur.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və dekabrın 18-də müzakirəyə çıxarılacaq.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024