Mobil versiya
Bakıda holdinq rəhbərini 17 yerindən bıçaqladılar - Siqaretə görə
Tarix: 25-07-2018 | Saat: 15:15
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Bakıda holdinq rəhbərini 17 yerindən bıçaqladılar - Siqaretə görə


"E Media Group” media holdinqinin rəhbəri Elşən Əliyev bıçaqlanıb.

aia.az Qafqazinfo-ya istinadən xəbər verir ki, o, ötən gecə naməlum şəxs tərəfindən 17 bıçaq zərbəsi alıb.

E. Əliyev 3 saylı Şəhər klinik Xəstəxanasına aparılıb. O, hazırda reanimasiyadadır.

Elşən Əliyevin yaxın dostu, aparıcı Aysel Nazimin verdiyi məlumata görə, hadisə tanımadığı şəxsin ondan siqaret istəməsindən sonra baş verib:

"Dünən bıçaqlayıblar, reanimasiyadadır. Deyirlər ki, bir nəfər yaxınlaşaraq ondan siqaret istəyib. O, daha sonra Elşəndən telefonu tələb edib, mübahisə yaranıb və 17 bıçaq vurub”.

Elşən Əliyevin səhhəti ilə bağlı maraqlanmağa çalışsaq da, 3 saylı Şəhər klinik Xəstəxanasından telefona cavab verən olmayıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024