Mobil versiya
Övladları tərəfindən küçəyə atıldığını deyən kişinin oğlu: "O, 5 uşağını və anamı atıb, ikinci dəfə ailə qurdu"
Tarix: 25-07-2018 | Saat: 12:27
Bölmə:Manşet / Ölkə | çapa göndər

Övladları tərəfindən küçəyə atıldığını deyən kişinin oğlu: "O, 5 uşağını və anamı atıb, ikinci dəfə ailə qurdu"


Qocalar evində qalmaq üçün müraciət edən 70 yaşlı kişinin göz yaşlarına boğulması sosial şəbəkələrdə də ciddi etirazlara səbəb olub.

Redaksiyamıza göndərilən görüntülərdə Sumqayıt şəhərində qeydiyyatda olan 70 yaşlı Quliyev Yaşar Bəhlul oğlu övladlarının ondan imtina etdiyini və buna görə də qocalar evində qalmaq istədiyini iddia edib. O, Sumqayıt Şəhər İcra Hakimiyyətinin onu 70 yaşı tamam olmadığı üçün qocalar evinə yerləşdirmədiyini də bildirib.

Videonu redaksiyamıza göndərən şəxsin bildirdiyinə görə, yaşlı kişi 22-ci polis bölməsinin əməkdaşları tərəfindən müvəqqəti qalması üçün bölməyə aparılıb.

Məsələ ilə bağlı apardığımız araşdırmadan sonra 70 yaşlı kişinin oğlu ilə əlaqə saxlaya bildik.

AZXEBER.COM-a danışan və adının açıqlanmasını istəməyən 70 yaşlı kişinin oğlu məsələnin tam fərqli olduğunu bildirib:

-Atanızla bağlı sosial şəbəkələrdə yayımlanan görüntüləri izləmisiniz?

- Bəli, baxmışam. Amma inanın ki, məsələ bildiyiniz və o videodakı kimi deyil.

- Atanız deyir ki, siz ona baxmırsınız və buna görə Naxçıvanı tərk edərək Bakıya gəlib.

- Biz 5 uşağıq. Mən atamın üzünü uşaqlıqda heç görməmişəm. Hazırda 32 yaşım var və son illər onun üzünü görürəm. Çünki biz uşaq olanda o anamı və bizi atıb, ikinci dəfə ailə həyatı qurdu. Anam bizləri böyütdü. Hər şey onun dediyi kimi deyil. Bütün etdiklərinə baxmayaraq, biz ona baxırıq və baxacağıq da.

- Atanızı sonuncu dəfə nə zaman görmüsünüz?

- Biz Naxçıvanda yaşayırıq. Sonuncu dəfə məndən 100 manat aldı ki, Bakıya gedirəm. Sonra qayıtmadı. Bundan öncə bankdan kredit götürdü, sonra o pulun da taleyindən xəbərdar olmadım. İndi videonu görürəm, dəhşətə gəlirəm. Axı, ona heç kim heç nə deməyib. Mənim aylıq maaşım da pis deyil, şəraitimiz yaxşıdır. Mən ona baxıram.

- Bəlkə evdə kimsə siz bilmədən ona söz deyib və ya qəlbini qırıb?

- Heç kim elə bir şey edə bilməz. Qələt edər onu edən. Mənim çörəyimi yeyib mənim atama söz deyə bilməzlər. Biz onu qəbul etmişik. Onun bir neçə dəfə ailəsi olub. Özünün imkanı da olub. Sonra özü Naxçıvana qayıtdı.

-Hazırda özü ilə əlaqə saxlamısınız və ya harada olduğunu bilirsiz?

- Bəli, mobil telefonu var. Əlaqə yaratmışıq, vəziyyəti yaxşıdır. Naxçıvana gətirirlər. Bundan sonra gözümdən kənara qoymayacam ki, eyni şeyi təkrarlamasın.

aia.az





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024