Mobil versiya
Tramp Dünya ölkələrini TƏHDİD ETDİ
Tarix: 24-07-2018 | Saat: 17:52
Bölmə:Dünya | çapa göndər

Tramp Dünya ölkələrini TƏHDİD ETDİ


ABŞ prezidenti Donald Tramp əlavə rüsumlar siyasətini digər dövlətlərlə karlı ticarət müqavilələri imzalamaq üçün istifadə edəcəyini bildirib.



Modern.az ABŞ prezidentinin rəsmi Twitter hesabına istinadən xəbər verir ki, Tramp həmçinin ticarətdə ABŞ-a ədalətsiz yanaşan digər dövlətləri də bu üsulla yola gətirəcəyini bəyan edib.

“Rüsumlar – bu əntiqədir. ABŞ-a ticari danışıqlarda ədalətsiz yanaşan istənilən dövlət rüsumlar vasitəsi ilə zərbə alacaq. Bu çox sadədir – və hər kəs bu barədə danışır! Unutmayın, biz hər kəsin soyduğu “qəpik bankıyıq”. Hər şey əla olacaq” – Tramp yazıb.



İyulun 25-də Donald Tramp Vaşınqtonda Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunkerlə danışıqlar aparacaq. Bir çox ekspertlər bu görüşü ABŞ və AB arasında hər an başlana biləcək genişmiqyaslı müharibənin qarşısını almaq üçün son cəhd kimi qiymətləndirilər.



Xatırladaq ki, bundan əvvəl Avropa Komissiyasının rəsmi nümayəndəsi Marqatiris Sxinas Yunkerin hər hansı bir konkret təklif irəli sürməyəcəyini bildirib. Onun sözlərinə görə AB-nin əsas mövqeyi azad və açıq ticarətin qorunmasıdır.



Qeyd edək ki, iyunun 1-də ABŞ AB, Kanada və Meksikadan gətirilən polad məhsulları və alüminiuma əlavə rüsumlar tətbiq edib. Burada AB-nin payına 25%, Kanada və Meksikanın payına isə 10% rüsum düşüb. Buna cavab olaraq iyunun 22-də AB də ABŞ-dan gətirilən metallurgiya, maşınqayırma və kənd təsərrüfatı mallarına 25% rüsum tətbiq edib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024