Mobil versiya
Bakıda ağacların dibinə “kislota” tökən şəxs tutulub
Tarix: 24-07-2018 | Saat: 13:27
Bölmə:Karusel | çapa göndər

Bakıda ağacların dibinə “kislota” tökən şəxs tutulub



Bakıda ağacların dibinə zərərli maddə tökməkdə şübhəli bilinən şəxs tutulub.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, paytaxtın Şərifzadə küçəsində yerləşən yaşıllıq zolağında 10 ədəd şam ağacının dibinə zərərli maddə tökülməsi faktı ilə bağlı Yasamal rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 260.2-ci (meşələri ümumi təhlükəli üsulla məhv etmə) maddəsi ilə cinayət işi başlanıb.


Həyata keçirilən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Zəngilan rayonundan məcburi köçkün olan və hazırda Yasamal rayonu ərazisində yaşayan Real Göyüşov şübhəli şəxs qismində saxlanılıb.


Hazırda başlanmış cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.



aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024