Mobil versiya
6 azərbaycanlı Gürcüstanın işğal altındakı ərazilərinə qanunsuz gedib
Tarix: 23-07-2018 | Saat: 14:43
Bölmə:Manşet / Gündəm | çapa göndər

6 azərbaycanlı Gürcüstanın işğal altındakı ərazilərinə qanunsuz gedib


2015-2017-ci illərdə Gürcüstanın işğal altında olan ərazilərinə qanunsuz daxil olan 46 şəxsə qarşı cinayət işi açılıb.

aia.az-ın APA-ya istinadən xəbərinə görə, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Həmin şəxslərin böyük əksəriyyətini əcnəbilər təşkil edir. Onların arasında 6 Azərbaycan vətəndaşı da var.

2015-2017-ci illərdə Gürcüstanın işğal altında olan ərazilərinə qanunsuz olaraq ən çox Rusiya (18 nəfər) və Ermənistan (7 nəfər) vətəndaşları səfər ediblər. Bu ilin yanvar-iyun aylarında isə Gürcüstanın işğal altında olan ərazilərinə daxil olma qaydalarını 8 əcnəbi pozub. Onların 4-ü Türkiyə, 2-si Azərbaycan, digər ikisi isə Rusiya vətəndaşıdır.

Qeyd edək ki, 2008-ci il avqust müharibəsindən sonra Gürcüstanda qəbul olunmuş “İşğal altında olan ərazilər haqqında” qanuna əsasən, xarici ölkələrin vətəndaşları mərkəzi hakimiyyətin nəzarətində olmayan Abxaziya və Cənubi Osetiya ərazisinə yalnız Zuqdidi (İnquri çayı) və Qori rayonlarından (Erqneti kəndi) keçməklə daxil ola bilərlər. Qanunu pozan şəxsləri cərimə və ya 2 ildən 4 ilədək həbs cəzası gözləyir.






aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024