Mobil versiya
17 yaşlı qız imtahanda az bal topladığına görə intihar edib - YENİLƏNİB
Tarix: 23-07-2018 | Saat: 14:39
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

17 yaşlı qız imtahanda az bal topladığına görə intihar edib - YENİLƏNİB



Bu gün səhər saatlarında özünü Yeni Günəşli qəsəbəsi, V massivindəki 5-ci binanın 9-cu mərtəbəsindən ataraq intihar edən Şəbnəm Rzayeva abituriyent imiş və Azərbaycan Tibb Universitetinə hazırlaşırmış.



aia.az Lent.az-a istinadən xəbər verir ki, bina sakinlərinin sözlərinə görə, 17 yaşlı Şəbnəm Rzayeva sonuncu qəbul imtahanında 580-dən çox bal toplayıbmış. O, özünü yaşadığı 7-ci binadan deyil, yaxınlıqdakı 5-ci binadan atıb.


Şahidlər deyib ki, Şəbnəm Rzayeva intihar edərkən sağ olub. Hətta təcili tıbbi yardım maşını gələndə də canını tapşırmayıbmış.



Onun rəfiqəsinin anası deyib ki, Şəbnəm ailədə 3 uşaqdan sonbeşiyi olub: "Ailədə bir qardaş, iki bacıdırlar. Gülərüz və həlim qız idi, hətta son günlərə qədər də depressiyada olmayıb. İlk imtahanda 530 bal toplamışdı, sonuncu imtahanda isə nəticələri bir az da yaxşılaşmışdı, 580 idi".



Qeyd edək ki, Ş. Rzayeva 278 saylı məktəbin məzunudur. Onun atası hazırda Rusiyadadır.


***

Bu gün səhər saatlarında Bakı şəhərinin Suraxanı rayonunda dəhşətli intihar hadisəsi baş verib. Modern.az Lent.az-a istinadən xəbər verir ki, Yeni Günəşli qəsəbəsində yaşayan 17 yaşlı Şəbnəm Rzayeva özünü binanın 9-cu mərtəbəsindən atıb. O, aldığı xəsarətlərdən hadisə yerində vəfat edib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib.



Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024