Mobil versiya
Şamaxı sakini həmyerlisinin maşınını vurub aşırdı
Tarix: 20-07-2018 | Saat: 18:33
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Şamaxı sakini həmyerlisinin maşınını vurub aşırdı


Şamaxı rayonunda avtomobil qəzası törədilib, 5 nəfər xəsarət alıb.



APA-nın xəbərinə görə, bu gün saat 17 radələrində rayonun Dağ Bağırlı kənd sakini Zeynalov Adil Surət oğlu qardaşı oğlu Zeynalov Röyal Sahib oğlu ilə birgə "VAZ 21011" markalı minik avtomobili ilə Göylər kəndində qarşıda hərəkət edən həmkəndlisi, Cəfərov Tural Həbib oğluna məxsus "VAZ 2107" markalı minik avtomobilini arxa tərəfdən vuraraq onu aşırıb.



Hadisə zamanı Tural Cəfərov və xalası oğlu Cəfərov Rəşadət Zahid oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.



Sonra "VAZ 21011"in sürücüsü Adil Zeynalov qarşıda hərəkətdə olan, Tural Cəfərovun qardaşı Cəfərov Xətai Həbib oğluna məxsus "VAZ 2106" markalı minik avtomobilinin də qarşısını kəsərək onu aşırmaq istəyib. Avtomobil dayanan kimi Adil Zeynalov və qardaşı oğlu Röyal Zeynalov sürücü Xətai Cəfərovu və onun atası Həbib Cəfərovu, qardaşı Agah Cəfərovu bel və ağacla döyərək onlara ağır bədən xəsarətləri yetiriblər.



Xəsarət alanlar Şamaxı Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Məlumata görə, Xətai və Tural Cəfərovlar bu gün analarının ölümünün ildönümü ilə bağlı qəbiristanlığa ziyarətə gediblər və bu hadisə oradan geri qayıdarkən baş verib.



Hadisəni törədənlərlə xəsarət alanlar arasında əvvəllər də bir neçə dəfə münaqişə olduğu bildirilir.

Faktla bağlı Şamaxı Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024