Dövlət Miqrasiya Xidməti bu vəzifələrə işçi axtarır - SİYAHI
Tarix: 17-07-2018, 11:30 | Saat: 15:47:00
Bölmə:Gündəm | çapa göndər

Dövlət Miqrasiya Xidməti bu vəzifələrə işçi axtarır - SİYAHI


Dövlət Miqrasiya Xidməti Azərbaycan vətəndaşları üçün kiçik xüsusi rütbələr nəzərdə tutulan vəzifələrə və dövlət qulluğunun yardımçı vəzifələrinə işə qəbulla əlaqədar müsahibə elan edir.

Dövlət Xidmətindən aia.az-a verilən məlumata görə, Azərbaycan vətəndaşları aşağıda qeyd olunan vakant vəzifələrə işə qəbulla əlaqədar müsahibəyə dəvət olunur:


- Şəki regional miqrasiya idarəsi - 2 yer (baş mütəxəssis);
- Şirvan regional miqrasiya idarəsi (İmişli “ASAN xidmət” mərkəzi) - 2 yer (baş mütəxəssis);
- Ağsu regional miqrasiya idarəsi - 2 yer (baş mütəxəssis);
- Ağsu regional miqrasiya idarəsi - 1 yer (kiçik inspektor-mühafizəçi);
- Yevlax regional miqrasiya idarəsi - 2 yer (baş mütəxəssis);
- Yevlax regional miqrasiya idarəsi - 1 yer (kiçik inspektor-mühafizəçi);
- Yevlax regional miqrasiya idarəsi - 1 yer (kiçik inspektor-kargüzar).

11 vakant vəzifəni tutmaq məqsədilə keçiriləcək müsahibə zamanı ümumi dünyagörüşünə, həmçinin özünü təqdimetmə, kollektivdə işləmək, problem həlletmə, yaradıcılıq və təşəbbüskarlıq xüsusiyyətlərinə, kompüter və xarici dil biliklərinə malik olan şəxslərə üstünlük verilir.


Şərtlərə uyğun gələn, müsahibədə iştirak etmək arzusu olan şəxslər vakant olan yalnız bir vəzifəyə işə qəbul edilməsi üçün ərizə ilə müraciət edərək aşağıdakı sənədləri təqdim etməlidirlər:

- kadrlar uçotunun şəxsi vərəqəsi (baş mütəxəssis, kiçik inspektor);
- ərizə;
- şəxsiyyət vəsiqəsinin surəti;
- təhsil haqqında sənədin surəti;
- hərbi biletin surəti (kişilər üçün);
- əmək kitabçasının surəti (olduğu təqdirdə).

Müsahibədə iştirak etmək üçün sənədlər 2018-ci il iyulun 17-dən avqustun 17-dək hər gün (şənbə və bazar günlərindən başqa) saat 09:00-dan 17:00-dək Dövlət Miqrasiya Xidmətinin Aparatında (Ünvan: AZ1114, Bakı şəhəri, Binəqədi rayonu, 3123-cü məhəllə, Binəqədi şosesi, 202) və ya elektron qaydada (migration.gov.az) qəbul olunur.

Əlaqə nömrəsi: (012) 562-53-01



aia.az



5118 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

19-03-2019
18-03-2019
«    Март 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
{sape_links}{sape_article}