Mobil versiya
Pontsi üslubunda dəbdəbə - FOTO
Tarix: 18-06-2015 | Saat: 20:13
Bölmə:Media / Manşet / Karusel | çapa göndər


Somoza həbs edilərək 25 il müddətinə azadlıqdan məhrum edilib.

Beverli Hils mənzərəli və möhtəşəm hovuzu olan əsl saray.

Los-Ancelesdə, Beverli Krest rayonunda fransız üslubunda malikanə 37,5 milyona satışa çıxarılıb. Bu bina onun keçmiş sahibi Kertiz Somoza Pontsi sxemi üzrə maliyyə piramidasında iştiraka görə həbs olunaraq 25 il müddətinə azadlıqdan məhrum edildikdən sonra mütəmadi olaraq satışa çıxarılır. 2005-ci ildə bina məhdud məsuliyyətli şirkətin idarəsinə verilib, daha sonra isə səhiyyə sahəsində çalışan sahibkar Çon Li əldə edib.

Malikanə 2000-ci ildə inşa edilib, o dövrdən onu tamamən yenidən qurublar. Ev Hilton and Hyland-dan Syuzan Perrimanın satılıq obyektləri siyahısındadır.

Wallingford Estate-ə xoş gəlmisiniz, 2 min kv.metr sahəsi olan ev Los-Ancelesin ən bahalı rayonlarından birində yerləşir.



Sifarişçi simiclik etməyib: ev müasir dəbdəbənin nümunəsidir, 37,5 milyon dollar qiyməti də burdandır.



Binanı iki hektar sahəsi olan çəmənlik əhatə edir, nəhəng darvazaya uzun cığır aparır.



İçəridə fransız üslubunun təsiri hiss edilir – Mariya Antuanetta malikanəni layiqincə qiymətləndirərdi.



Əsas üslub barokkodur. Hər şey zərif və zövqlə yerinə yetirilib, baxmayaraq ki, interyer ilk görüşdə heyran edir.



Otaqların əksəriyyətinin bəzədildiyi dəbdəbəli çilçıraqlar onsuz da hündür olan tavanları lap hündür edir.



Zərif ağac üzərində oymalar və freskalar divarların və döşəmənin üzərini örtür.



Digər otaqlar açıq rəngli ağac növləri ilə bəzədilib.



Mətbəx sehirli qəsrə bənzəyir, burada dəbdəbəli mebel, yemək hazırlamaq üçün “adalar” və geniş sahə var.



Mətbəxdə səhər yeməyi üçün nəzərdə tutulan hissədə danışıqlar aparmaq üçün masa mövcuddur.



Əgər o kiçik görünərsə narahat olmayın – evdə rəsmi qəbullar üçün yemək otağı mövcuddur.



Mətbəxin altında şərab anbarı var, bu anbarda 1,5 min şüşə şərab yığılıb.



Yeddi yataq otaqlarının hər biri o qədər nəhəngdir ki, onları mebel ilə təchiz etmək imkansız görünür.



Uşaq otağının divarlarında olan rəsmlər balaca ev sakinlərinin zövqündən xəbər verməklə yanaşı evin ümumi üslubuna uyğundur.



Hətta Afrika savannasının təsviri sıradan kənar görünmür.



15 otağın hər biri çox genişdir. Mərkəzdə cakuzi yerləşir, divarlarda isə televizorlar asılıb.



Binanın zirzəmisində şəxsi kinoteatr var.



Perimetr boyunca Beverli Hils mənzərəli açıq sahələr mövcuddur.



Hər tərəfdən.



Və sonda ev ilə müqayisədə kiçik görünsə də, əslində nəhəng hovuz.











Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024