Mobil versiya
Bakıda dəhşətli HADİSƏ: bağban ev sahibini yaraladı, arvadını öldürdü
Tarix: 16-07-2018 | Saat: 09:21
Bölmə:Manşet / Cəmiyyət | çapa göndər

Bakıda dəhşətli HADİSƏ: bağban ev sahibini yaraladı, arvadını öldürdü


Bakıda bağban ev sahibinə ağır xəsarət yetirib və onun həyat yoldaşını öldürüb. Hadisə Xəzər rayonunun Mərdəkan qəsəbəsində baş verib.

aia.az "Report"a istinadən xəbər verir ki, Bakı şəhər Baş Dövlət Yol Polis İdarəsinin 6-cı tağımın əməkdaşları Mərdəkan qəsəbəsində xidmətdə olarkən "Range Rover" markalı avtomobilin sürücüsünün özünü şübhəli aparnası onların diqqətini çəkib.

Yol Polis əməkdaşları maşına saxla əmri veriblər, lakin sürücü hərəkəti davam etdirib. Yaradılan süni tıxacın köməkliyi ilə "Range Roveri" saxlamaq mümkün olub.

Avtomobilə yaxınlaşan polis əməkdaşları dəhşətli səhnənin şahidi olublar.

Maşında qan içində iki nəfər olub. Sürücü dərhal saxlanılıb.

Maşında olan yaralılardan qadının öldüyü müəyyən edilib. Ağır vəziyyətdə olan 72 yaşlı Şuşalı Arzu Məmməd oğlu ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Həkimlər onun vəziyyətinin ağır kimi qiymətləndirib.

Araşdırmalar zamanı məlum olub ki, Arzu Şuşalını ağır yaralayıb, həyat yoldaşını qətlə yetirən şəxs bağlarında işləyən bağbandır.

Ev sahibi bağbanı işdən azad etdiyini bildirəndə, o, məlum hadisəni törədib, daha sonra onları öz avtomobilləri ilə aparıb meyitlərini gizlətmək istəyib.

Faktla əlaqədar Xəzər rayon prokurorluğunda cinayət işi başlanıb araşdırma aparılır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024