Mobil versiya
İlham Əliyev Çinin Şaansi vilayətinin qubernatoru ilə görüşüb
Tarix: 09-12-2015 | Saat: 17:16
Bölmə:Siyasət / Manşet / Karusel | çapa göndər

İlham Əliyev Çinin Şaansi vilayətinin qubernatoru ilə görüşüb
Prezident İlham Əliyevin Çinin Şaansi vilayətinin qubernatoru Lou Çincyan ilə görüşü olub.
Aia.az -ın AzərTAc-a istinadən məlumatına görə, Şaansi vilayəti ilə Azərbaycan arasında müəyyən oxşarlıqların olduğunu bildirən Lou Çincyan qədim İpək Yolu üzərində yerləşən rəhbərlik etdiyi vilayətin tarixi haqqında danışıb.
“Biz Azərbaycan ilə bütün sahələrdə əməkdaşlıq etməyə hazırıq”, - deyən qubernator bildirib ki, Prezident İlham Əliyevin Siana səfəri Azərbaycan ilə Şaansi vilayəti arasında dostluq əlaqələrinin möhkəmlənməsinə xidmət edəcək, energetika və humanitar sahələrdə əməkdaşlığın inkişafına töhfə verəcək.
Prezident İlham Əliyev bildirib ki, Şaansinin qədim tarixi, güclü iqtisadiyyatı və sənayesi var. Terrakota Muzeyinin onda böyük təəssürat yaratdığını deyən Prezident İlham Əliyev bunu Çin xalqının qədim tarixə və mədəniyyətə malik olmasının göstəricisi kimi dəyərləndirib. Bu səfərin ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafına, eyni zamanda, Şaansi vilayətinin məhsulları ilə Azərbaycanın daha yaxından tanış olmasına imkan yaradacağını deyən prezident İlham Əliyev Azərbaycanın Çin ilə bütün sahələrdə əməkdaşlığı genişləndirmək istəyində olduğunu bildirib.
Prezident İlham Əliyev Azərbaycanda son illərdə sürətli iqtisadi artım müşahidə olunduğunu və ölkəmizin uğurla inkişaf etdiyini diqqətə çatdırıb.
Görüşdən sonra Şaansi vilayətinin qubernatoru Lou Çincyan adından prezident İlham Əliyevin şərəfinə qəbul verilib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024