Mobil versiya
Adnan Oktarla görüşən azərbaycanlı İLAHİYYATÇI: “Onun kitabları çox xoşuma gəlirdi”
Tarix: 14-07-2018 | Saat: 11:54
Bölmə:Manşet / Gündəm | çapa göndər

Adnan Oktarla görüşən azərbaycanlı İLAHİYYATÇI: “Onun kitabları çox xoşuma gəlirdi”


“Mən təxminən 6-7 il bundan əvvəl “Harun Yahya” kimi tanınan Adnan Oktarla görüşmüşəm. Ancaq Azərbaycanda məndən başqa şəxslərin də onunla görüşü olub”.



Bunu Modern.az-a açıqlamasında ilahiyyatçı Elşad Miri deyib.

O bildirib ki, Azərbaycanda dövlət qurumlarının saytlarının, qəzetlərinin və bu məsələ ilə maraqlanan insanların onunla görüşü, müsahibəsi olub.

“Mənim də onunla müsahibəm olub. Və müsahibə aldığım zaman onunla görüşmüşəm. Başqa vaxtlarda isə onunla görüşüm olmayıb. Görüşdüyüm vaxtlarda onunla müsahibə almışam”.

Elşad Miri deyib ki, əvvəllər Adnan Oktarın kitabları onun çox xoşuna gəlib. “Hətta elə olub ki, onun bəzi kitablarını tərcümə də etmişəm. Ancaq sonrakı dövrlərdə Adnan Oktar televiziyaya çıxmağa başladıqdan sonra mətbuata verdiyi müsahibələrdən onun kitablarındakı insan olmadığını anladım. Daha sonra isə uzaqlaşdım”

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024