Mobil versiya
Adnan Oktara qarşı əməliyyatın detalları üzə çıxdı
Tarix: 13-07-2018 | Saat: 09:38
Bölmə:Manşet / Dünya | çapa göndər

Adnan Oktara qarşı əməliyyatın detalları üzə çıxdı




Türkiyədə özünü ilahiyyatçı kimi təqdim edən Adnan Oktar və təşkilatına qarşı keçirilən əməliyyatla bağlı yeni detallar məlum olub. İstintaq çərçivəsində yaşı 11-dən 17-ə qədər olan 15 uşağın cinsi təcavüzə məruz qaldığı, 20 qadının dəfələrlə təcavüz edildiyi aşkara çıxıb. Təşkilatın “Turnike” sistemi adını verdiyi təcavüz sisteminin olduğu və “Kedicik” adlandırılan qadınların bir-birlərinə bənzəmə səbəbləri müəyyən edilib.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Turnike” sistemində təşkilata üzv olan bir kişi tərəfindən gətirilən qadınların əvvəlcə lüks evlərdə yaşadığı, daha sonra ayrı-ayrı villalarda qaldığı deyilir.

Orada qadınlar dəfələrlə təcavüzə məruz qalıb. Psixoloji müqavimətləri sındırılan qadınlar təşkilata tabe olub və onları “Turnike”dən çıxaran təşkilat liderinə biət edib. Bu dövrdə yaşananlar qarşısında dayana bilməyən qadınlara sakitləşdirici dərmanlar verilib.



Polisin apardığı araşdırma nəticəsində “kedicik”lərin bir-birilərinə bənzəməsinin səbəbi müəyyən edilib. Belə ki, Adnan Oktarın almacıq sümüyü irəli olan, beli incə, qalın dodaqlı qadınları xoşladığı və buna görə qadınları estetik əməliyyat etdirdiyi bildirilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024