Mobil versiya
Şamaxı – inkişaf yolunda
Tarix: 11-07-2018 | Saat: 15:25
Bölmə:Manşet / Ölkə / Seçilənlər-1 | çapa göndər

Şamaxı – inkişaf yolunda



Bu gün Ölkə Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində digər rayonlarda olduğu kimi, Şamaxının da sosial-iqtisadi inkişafı üçün ciddi addımlar atılır. Rayonda yeni kənd təsərrüfatı, turizm və sənaye istehsalı obyektləri, emal müəssisələri və aqroparklar yaradılır. Respublika ərazisində salınan 37 aqroparkdan üçü məhz Şamaxıda yerləşir. Bu gün Şamaxıda dövlət tərəfindən özəl sektora xüsusilə böyük dəstək verilir. 20 min hektara yaxın ərazidə aqrar sektorun ayrı-ayrı sahələrinin inkişafı üçün əlverişli imkanlar yaradılıb. Həmçinin Prezident İlham Əliyevin rəhbərliyi ilə qəbul edilən Dövlət proqramlarının uğurlu icrası nəticəsində rayonda üzümçülüyün yeni inkişaf dövrünü yaşanır. Bu sahənin əvvəlki şöhrətinin bərpa olunması istiqamətində mühüm işlər görülür.

Şamaxıda bu gün müşahidə olunan sürətli inkişafın əsas göstəriciləri isə, 19 aprel 2018-ci il tarixdə Şamaxı rayonunda keçirilmiş və 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağında təqdim olunan məlumatlarda öz əksini tapmışdır.

Dövlət tapşırıqları ləyaqətlə icra olunur

Yığıncağı giriş sözü ilə açan Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev ilk növbədə Prezident cənab İlham Əliyevin ölkədə iqtisadi durumun yaxşılaşdırılması, sahibkarlığın inkişaf etdirilməsi, əhalinin məşğulluq səviyyəsinin artırılması, kənd təsərrüfatında islahatların genişləndirilməsi, yeni iş yerlərinin yaradılması, yeni istehsal və emal müəssisələrinin açılması və sərmayələrin cəlb edilməsi ilə bağlı tapşırıqlarını xüsusi vurğulayaraq, bu istiqamətdə Şamaxıda da mühüm işlər görüldüyünü, iri taxılçılıq təsərrüfatları, yeni turizm obyektləri yaradıldığını qeyd etmiş, turizmin inkişaf etdirilməsi məqsədilə rayonun Dəmirçi kəndi ilə İsmayıllı rayonunun Lahıc qəsəbəsini birləşdirəcək 22 km-lik yeni avtomobil yolunun tikintisinin davam etdirildiyini diqqətə çatdırmışdır.



Qeyd edək ki, zəngin tarixi keçmişə və füsunkar təbiətə malik Şamaxının turizm potensialının ilbəil yüksəldiyi də diqqəti cəlb etməyə bilməz. Rayonun mərkəzində, eləcə də kəndlərdə abadlıq-quruculuq işlərinin aparılması, bir müddət əvvəl Dəmirçi kəndində istər Safari Parkın yaradılması, istərsə də kəndin daxilində tarixi əhəmiyyətli tikililərin, turizm infrastrukturunun yenidən qurulması, eyni zamanda, Pirqulu-Dəmirçi, Dəmirçi-Lahıc avtomobil yollarının tikintisi bu bölgədə turizmin inkişafına güclü təsir göstərəcək.

Üzümçülüyün inkişafı xüsusi diqqət mərkəzindədir...

Ötən əsrin 70-80-ci illərində Azərbaycanın ən böyük üzümçülük rayonlarından birinə çevrilmiş Şamaxıda bu sahə yeni inkişaf mərhələsinə qədəm qoyub. Rayonda üzüm bağlarının sahəsi 1710 hektara çatdırılıb. “Mədrəsə Aqro” MMC tərəfindən 74 hektar sahədə, “Şirvan Şərabları” MMC tərəfindən isə 120 hektar sahədə yeni üzüm bağı salınıb. Əlbəttə, Azərbaycanda iqtisadi sabitliyin bərpası, regionların sosial-iqtisadi inkişafına dair birinci, ikinci və üçüncü Dövlət Proqramlarının qəbulu Şamaxı bölgəsində də iqtisadiyyatın ayrı-ayrı sahələrinin, o cümlədən kənd təsərrüfatının ənənəvi sahəsi olan üzümçülüyün inkişafı üçünyeni perspektivlər açdı. Prezident İlham Əliyevin tapşırığı ilə hazırlanan və qəbul edilən “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı” Şamaxıda da bu sahənin inkişaf perspektivlərinin araşdırılmasında, mövcud potensialdan səmərəli istifadə olunaraq üzümçülüyün yenidən dirçəldilməsində mühüm rol oynayıb.




Bölgəyə gələn turistlərin sayı artır...

Hazırda Şamaxıda yay və qış turizmi, həmçinin kənd yaşıl turizmi daha çox inkişaf edib. Son vaxtlar atçılıq turizminə də diqqət artırılıb. Bu diyar yayda, qışda da turizm həvəskarlarını və istirahət edənləri cəlb edir. Mərkəzdən 12 km şimal – şərqdə, dəniz səviyyəsindən 1400 metr yüksəklikdə yerləşən Pirqulu qış turizmi üçün ideal potensiala malikdir. Xizəkçilik üçün keyfiyyətli sayılan qar oktyabr ayının sonlarından yağmağa başlayır və aprelə qədər qalır. Bu da turizm və idmanın qış növləri üçün əlverişlidir. Mükəmməl təmiz və quru havası var.



Şamaxı bənzərsiz bulaqları ilə də məşhurdur. Turistlər Əngixaran bulağından uzun müddət ayrılmır, heyranlıqlarını gizlədə bilmirlər. Qeyd etmək yerinə düşər ki, rayonun milli mətbəxi də qonaqların marağına səbəb olur. Şamaxı-Pirqulu, Şamaxı-Şərədil, Şamaxı-Kələxana turist marşrutları ilə rayonun füsunkar təbiəti, tarixi-memarlıq abidələri ilə tanış olmaq, hazırda əsaslı təmir-tikinti işləri görülən Astrofizika Rəsədxanasında teleskopla ulduzlar aləmini seyr etmək hər bir turist üçün çox maraqlıdır.

Tikinti-quruculuq tədbirləri həyata keçirilərkən Şamaxının qədimliyinin, milli memarlıq üslubunun qorunmasına ciddi fikir verilir. Elə buna görə də müasir və qədim Şamaxıya turistlərin marağı getdikcə artır. Şamaxı rayonu beynəlxalq və ölkə standartlarına cavab verən turist xidmət göstəricilərinə, yerli və xarici qonaqlar qəbul etmək imkanına malikdir. Təsadüfi deyil ki, son illər rayona gələn turistlərin sayı sürətlə artır.

Hesabat yığıncağındakı çıxışının sonunda rayon Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev qeyd etmişdir ki, aprelin 9-da keçirilən Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında, xüsusilə dövlətimizin başçısının nitqlərində qarşıya qoyulmuş tapşırıqların uğurla yerinə yetirilməsi üçün digər bölgələrdə olduğu kimi, Şamaxıda da bütün qüvvə və imkanlar maksimum səfərbər ediləcəkdir.

aia.az

Murad Babayev



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024