Mobil versiya
Nazirlik dəhşətli istilərə görə XƏBƏRDARLIQ yaydı - Saat 11:00-17:00-dək kölgədən çıxmayın!
Tarix: 10-07-2018 | Saat: 14:57
Bölmə:Ölkə | çapa göndər

Nazirlik dəhşətli istilərə görə XƏBƏRDARLIQ yaydı - Saat 11:00-17:00-dək kölgədən çıxmayın!





Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraiti ilə bağlı növbəti xəbərdarlıq yayıb.

Qurumdan aia.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyulun 11-12-də havanın maksimal temperaturunun 35-40 dərəcə olacağı gözlənilir.

“Anomal isti hava şəraiti ilə bağlı günorta saatlarında 11:00-17:00-dək günəş şüalarının birbaşa təsiri altında uzun müddət olmaq risklidir, günəş şüalarından qorunmaq üçün mümkün vasitələrdən istifadə etməyinizi tövsiyə edirik”,-nazirlik bəyan edib.


Azərbaycanın rayonlarında iyulun 11-dən və iyulun 13-dək hava şəraitinin anomal isti keçəcəyi, havanın maksimal temperaturunun 35-40, Naxçıvan MR-sı və Mərkəzi Aran rayonlarının bəzi yerlərində 41-43, dağlıq rayonlarda 28-33 dərəcəyədək yüksələcəyi gözlənilir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024