Mobil versiya
Vaqif Əsədov işgəncə görüntüsündən danışdı – Video
Tarix: 09-07-2018 | Saat: 10:30
Bölmə:Manşet / Gündəm | çapa göndər

Vaqif Əsədov işgəncə görüntüsündən danışdı – Video



“Qazel” markalı avtomobilin inəyi maşının arxasına bağlayaraq, sürmək yol hərəkəti qaydalarının pozulmasıdır. Həmin şəxsin törətdiyi xəta ilə bağlı inzitabi məsuliyyət nəzərdə tutulub.

Bu sözləri Axar.az-a Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai əlaqələr bölməsinin rəisi Vaqif Əsədov Yasamal rayonunda inəyi hərəkətdə olan maşının arxasına bağlayaraq, işgəncə verən sürücü haqqında danışarkən deyib. O bildirib ki, bu cür hallarda sürücülərlə bağlı araşdırmalar aparılır:

“Əvvəlcə araşdırma aparılaraq, sürücü aşkarlanır və ondan izahat alınır. Bundan sonra sürücünün törətdiyi xəta ilə bağlı tədbirlər görülür. Ümumiyyətlə, heyvanlara bu cür zorakılıq əməli yolverilməzdir. Bir müddət əvvəl də buna oxşar hadisə baş vermişdi. Onda da “Qazel” markalı avtomobil iti maşına bağlayaraq sürmüşdü. Bunla əlaqədar tədbirlər də görüldü”.

Qeyd edək ki, “Bizim yol” qəzeti Yasamal rayonunda 10 LO 913 dövlət nömrə nişanlı “Qazel” markalı avtomobil sürücüsünün inəyi maşının arxasına bağlayaraq sürməsinin görüntüsünü yayıb. Sürücünün əməli sosial şəbəkələrdə kəskin tənqid olunub.

aia.az






Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024