Mobil versiya
“Elmar Vəliyevə qarşı sui-qəsdin sifarişçiləri də ola bilər” - Çingiz Qənizadə
Tarix: 07-07-2018 | Saat: 16:16
Bölmə:Siyasət | çapa göndər

“Elmar Vəliyevə qarşı sui-qəsdin sifarişçiləri də ola bilər” - Çingiz Qənizadə


Elmar Vəliyev uzun illərdir ki, Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncənin icra başçısıdır. Və kimliyindən asılı olmayaraq hakimiyyət nümayəndəsinə qarşı törədilmış sui-qəsd ən ağır cinayətlər kateqoriyasına daxildir. Hesab edirəm ki, hadisə hüquq-mühafizə orqanları tərəfindən ciddi araşdırılmalı, istintaq aparılmalıdır. Cinayətin bütün iştirakçıları həbs edilərək cəzalandırılmalıdır. Sui-qəsd törədən Yunis Səfərov cinayətin icraçısıdır”.


Bu sözləri Modern.az-a açıqlamsında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə Gəncə şəhərinin icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsdə münasibət bildirərkən deyib.


Deputat xatırladıb ki, Elmar Vəliyevə qarşı sui-qəsd törədərək hadisə yerindən qaçmaq istəyən Yunis Səfərov polis əməkdaşlarının sayıqlığı nəticəsində tərki-silah edilərək həbs olunub. Ç.Qənizadə bildirib ki, Gəncənin icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsd hadisəsinin sifarişçiləri və digər iştirakçıları da ola bilər.

“Heç şübhəsiz ki, Baş Prokurorluq məlum cinayət işini obyektiv və hərtərəfli araşdıracaq və cinayətin bütün iştirakçıları üzə çıxaracaq. Bu cür cinayətlərdə əli olan hər bir kəs qanun ən sərt üzü ilə cəzalandırılmalıdır”.


Qeyd edək ki, Yunus Səfərov adlı şəxs bu il iyulun 3-də Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və onun mühafizəçisi Qasım Aşbazova odlu silahdan atəş açaraq müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Hüquq-mühafizə orqanlarının birgə məlumatında Rusiya Federasiyasının vətəndaşı olan Yunis Səfərovun törətdiyi bu cinayəti məqsədyönlü şəkildə həyata keçirdiyi, əvvəlcədən planlaşdırılmış terror aktı olduğu qeyd edilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024