Mobil versiya
İqtisadçı deputat: “Mingəçevir qəzasının ölkəyə vurduğu ziyan çox böyükdür”
Tarix: 05-07-2018 | Saat: 16:41
Bölmə:Siyasət | çapa göndər

İqtisadçı deputat: “Mingəçevir qəzasının ölkəyə vurduğu ziyan çox böyükdür”




“Biz artıq texnoloji cəmiyyətdə yaşayırıq. Elektrik enerjisi, istilik, telekommunikasiya sahələri təbiət qanunauyğunluqları ilə bir sıraya qoyulur və buna görə də həmin sahələrdə baş verən miqyaslı qəzalar təbi fəlakətlərlə bir ölçülür. Miqyaslı elektrik şəbəkəsi qəzaları dünyada 2000-ci ildən başlayaraq intensiv xarakter almağa başlayıb. 2003-ci ildə ABŞ-ın bütün şimal-şərq regionunda baş verən “Böyük bləkaut” hadisəsi miqyasına və vurduğu ziyana görə təbii fəlakət sayıldı”.


Bu barədə Modern.az-a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili danışıb.


Deputat bildirib ki, elektrik şəbəkəsinin çökməsinin bir sıra səbəbləri olur:


“Ümumi olaraq onlar belə sıralanır: artıq yüklənmə, resursların çatışmazlığı, texniki qəzalar və insan amili. Miqyaslı elektrik qəzaları dünyada artıq yalnız texniki hadisə kimi deyil, siyası və sosial risklər daşıyan fəlakət kimi qəbul olunmaqdadır. Beynəlxalq hesablamalara görə, elektrik enerjisinin kəsilməsi zamanı orta hesabla ev təsərrüfatları 1 saatda 8.67 manata, kiçik və orta sahibkarlıq subyektləri 1 saatda 110 manata, iri sahibkarlıq subyektləri isə 30266 manata qədər gəlir itirirlər”.


Deputat qeyd edib ki, Azərbaycan son illərdə enerji potensialını əhəmiyyətli dərəcədə artırıb:


“Bizim enerji potensialımız artıq 6400 meqavata bərabərdir. Bu isə ölkəni elektrik enerjisi ilə təmin etməkdə heç bir çətinliyin olmamasını göstərir”.


Takhir Mirkişili deyib ki, Mingəçevir İstilik Elektrik Stansiyasında baş vermiş hadisə miqyasına görə çox böyükdür:


“Bu qəzanın ölkə iqtisadiyyatına və əhaliyə vurduğu ziyanı da böyükdür. Qəzanın səbəbləri ölkə Prezidenti tərəfindən yaradılmış komissiya tərəfindən araşdırılır. Komissiyanın ilkin məlumatlarından görünür ki, qəzanın başvermə səbəbləri içərisində qeyri-peşəkar planlaşdırma, laqeyd yanaşma və texniki standardlara tam əməl olunmama mövcuddur. Dövlət başçısının məsələni şəxsən diqqətdə saxlaması bu sahədə lazımı tədbirlərin görülməsini təmin edəcək. Miqyaslı qəzalar zamanı əsas məsələlərdən biri də qəza zamanı müvafiq dövlət orqanlarının və əhalinin davranışı olur. Son günlər dövlət orqanlarının qəza zamanı əlaqəli fəaliyyəti, insanların panikaya düşməməsi dövlət orqanları ilə əhalinin qarşılıqlı əməkdaşlığının yüksək səviyyədə olduğunu göstərdi”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024