Mobil versiya
“Gəncəlilərin belə bir icra başçısına illərdir dözməsi təəccüblü idi” – İlham İsmayıl
Tarix: 05-07-2018 | Saat: 09:59
Bölmə:Manşet / Cəmiyyət | çapa göndər

“Gəncəlilərin belə bir icra başçısına illərdir dözməsi təəccüblü idi” – İlham İsmayıl


“Elmar Vəliyevə qarşı sui-qəsd gözlənilən idi. Əgər bu gün media orqanları “hansı məmura sui-qəsd edilə bilər”,- deyə bir sorğu keçirsə, ilk beşlikdə birinci yeri Elmar Vəliyev tutardı”. aia.az Müsavat.com-a istinadən xəbər verir ki, bunu təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl bildirib.



“Yeni Müsavat”ın feysbuk üzərindən gerçəkləşdirdiyi canlı yayımda çıxış edən İlham İsmayılın sözlərinə görə, Elmar Vəliyevin iş üslubunun söyüş və təhqirdən ibarət olduğu hər kəsə məlum idi: “Sərt başçı olmaq, sərt tələblər qoymaq olar. Amma işin gedişatında söyüş və təhqiri bu həddə çatdırması bütün Azərbaycana məlum idi. Bu, tək gəncəlilərə yox, bütün Azərbaycana məlum idi. Gəncənin keçmiş polis rəisi Rasim Musayevlə bağlı belə bir insident baş vermişdi və gərginlik yaranmışdı. Elmar Vəliyev birinci hadisədən nəticə çıxarmamışdı. Elə bil bu, gözlənilən idi. Mən sanki gözləyirdim ki, Hacı Məmmədov tezliklə özünü öldürəcək, gözlənilən idi. Çünki həddindən artıq təhqiri kütləvi, nümayişkaranə şəkildə, hamının qabağında edib”.



12 il boyunca Gəncədə çalışdığını xatırladan İ.İsmayıl bu şəhərlə əlaqələrinin hələ də sıx olduğunu deyib. Gəncəlilərin belə bir icra başçısına qarşı illərdir dözməsinin təəccüblü olduğunu deyən ekspert bunun hansısa formada partlayacağının gözlənilənliyini də vurğuladı: “Mən demirdim ki, mütləq öldürməliydilər. Amma bu cür olmaz. Cavabın biri bir gün sözlə, atəşlə və ya əllə olur”.



İ.İsmayıl E.Vəliyevə qarşı sui-qəsdin icra hakimiyyətinin binası qarşısında olması mövzusuna da toxundu. Dedi ki, icra başçısına, məmura “ən yaxşı” sui-qəsd yeri icra hakimiyyəti binasının qabağıdır: “Bilirsiz ki, mütləq bura gələcək. O, orda mütləq maşından düşəcək. Onu izləməkdənsə, hansısa obyektə getməkdənsə, ən yaxşı yer oradır. Bu, təkcə Gəncə ilə bağlı deyil. Danışdıığımız bu söhbətlər kifayət edirdi ki, Elmar Vəliyevlə profilaktik söhbətlər aparılsın. Ya da birinci insidentdən sonra iş yeri dəyişdirilsin”.



Müsahibimiz sui-qəsdə cəhd edən Yunis Cəfərovun bu hadisəni hansı səbəbdən törətməsi ilə bağlı suala da aydınlıq gətirib. Deyib ki, daha öncədən insident onun özü ilə yox, bacısı ilə icra başçısı arasında baş verib: “Özü kriminala meylli adam idi. Vaxtilə bir mühafizəçi ilə dalaşıb. Bu cür hərəkətlərin cavabını kimlər verir? Bu tipli adamlar vəziyyətdən istifadə edirlər. Onlar üçün azadlıqda olub-olmamaq ön planda deyil. Əsas məsələ qisasın alınmasıdır”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024