Mobil versiya
Milli Məclisin sanatoriyası olmasa da, deputatlar yollayış alırlar...
Tarix: 02-07-2018 | Saat: 10:43
Bölmə:Manşet / Gündəm | çapa göndər

Milli Məclisin sanatoriyası olmasa da, deputatlar yollayış alırlar...


“Deputata məzuniyyətdə olduğu zaman müalicə olunması və istirahət etməsi üçün onun iki aylıq vəzifə maaşı məbləğində müavinət verilir. Ancaq Milli Məclisin özünün sanatoriyası yoxdur. Sadəcə olaraq, Milli Məclisin Həmkarları İttifaqı var. Biz maaş alan zaman Milli Məclisin Həmkarlar İttifaqına üzvlük haqqı veririk”.


Bunu Modern.az-a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli deyib.


O bildirib ki, deputatlar güzəştli şərtlərlə Həmkarlar İttifaqının göndərişi vasitəsilə Azərbaycanda və xarici ölkələrdə müalicə və istirahət edirlər.


“Bu hüquqdan təkcə deputatlar deyil, Milli Məclisin Aparatının işçiləri istifadə edə bilirlər. Məndə olan məlumata görə, keçən il 12 deputat Həmkarlar İttifaqının xətti ilə müalicə və istirahət olunması üçün sanatoriyalara göndərilib. Deputat xaricə sanatoriyaya göndərildiyi zaman oradakı xərclərin sənədini gətirib Milli Məclisin Həmkarlar İttifaqına təqdim etməlidir. Həmkarlar İttifaqı da həmin xərci qarşılamalıdır. Ancaq bu istiqamətdə müəyyən çətinliklər var. Mən keçən il Yessentuki şəhərinə müalicə olunmaq üçün göndərilmişdim. Həmin müalicə xərclərini gətirib təqdim etməyimə baxmayaraq, hələ də müalicəyə görə müavinətimi ala bilmirəm”.


Qeyd edək ki, Milli Məclisinin Daxili Nizamnaməsinə müvafiq olaraq, deputatlar rəsmən iyul ayının 15-dən tətilə buraxılacaq.


“Deputatın statusu haqqında" qanunun 29-cu maddəsinə ( Deputatın məzuniyyəti) əsasən, məzuniyyətdə olduğu zaman deputata müalicə olunması və istirahət etməsi üçün onun iki aylıq vəzifə maaşı məbləğində müavinət verilir.

Milli Məclisin sədri 4950 manat, Milli Məclis sədrinin I müavini 4454 manat, Milli Məclis sədrinin müavini 4206 manat, sıravi deputatlar isə 3464 manat müavinət alacaqlar.


Tətil müddəti avqustun 30-dək davam edəcək.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024