Mobil versiya
Bakıda yataqxanada yanğın: 11 sakin təxliyə edildi
Tarix: 30-06-2018 | Saat: 10:00
Bölmə:Manşet / Cəmiyyət | çapa göndər

Bakıda yataqxanada yanğın: 11 sakin təxliyə edildi



Bakıda yanğın hadisəsi qeydə alınıb.aia.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, hadisə Bakının Nizami rayonunda beşmərtəbəli yataqxana binasının dördüncü mərtəbəsində qeydə alınıb. Ümumi sahəsi 15 kvadrat metr olan 1 otaqlı mənzilin və eyvanının yanar kostruksiyaları, hər birinin ümumi sahəsi 15 kvadrat metr olan digər 1 otaqlı iki mənzilin eyvanlarının yanar kostruksiyaları və beşinci mərtəbədə hər birinin ümumi sahəsi 15 kvadrat metr olan 1 otaqlı iki mənzilin eyvanlarının yanar konstruksiyaları (ümumi 35 kvadrat metr sahədə) yanıb.

Yanğın zamanı 11 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillərin qalan hissəsi və qonşu mənzillər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024