Mobil versiya
Beynəlxalq elmi konfransın iştirakçıları rektorla görüşüblər
Tarix: 30-06-2018 | Saat: 09:59
Bölmə:Təhsil | çapa göndər






Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında Ağız və üz-çənə cərrahiyyəsi üzrə beynəlxalq elmi konfrans işə başlayıb. Toplantı üçün dünyanın müxtəlif ölkələrindən gələn mütəxəssislər, alimlərin bir qismi ATU-nun rektoru, professor Gəray Gəraybəyli ilə görüşüblər.

Görüş zamanı rektor G.Gəraybəyli dünyada tibb elmində öz sözünü demiş alimlərin Tibb Universitetinin qonağı olduğundan dərin məmnunluq duyduğunu bildirdi. O, ATU-nun mütəmadi olaraq beynəlxalq toplantılara, tibbi simpoziumlara ev sahibliyini etdiyini, bu tədbirlərdə müxtəlif aktual mövzular üzrə fikir mübadiləsi apardıqlarını dedi. Rektor Ağız və üz-çənə cərrahiyyəsi üzrə beynəlxalq elmi konfransın da uğurla keçəcəyindən əminliyini bildirdi.

Sonra ATU-nun Ağız və üz-çənə cərrahiyyəsi kafedrasının müdiri, professor Çingiz Rəhimov iki gün davam edən konfransın proqramı haqqında geniş məlumat verdi. Bildirdi ki, tədbirdə “Azərbaycan Ağız və Üz-çənə Cərrahları Cəmiyyəti”nin təqdimatı da keçiriləcək: “Bu qurum Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin verdiyi Şəhdətnaməyə əsasən 29 sentyabr 2017-ci ildən etibarən ictimai birlik qismində rəsmi fəaliyyət göstərir. Respublikanın bu sahədə çalışan ən qabaqcıl mütəxəssislərini birləşdirən Cəmiyyət ilk olaraq, üzərinə götürdüyü vəzifələri, fəaliyyət planını, əməkdaşlıq imkanlarını və bu sahənin inkişaf perespektivlərinə baxışlarını dünya mütəxəssislərilə birlikdə müzakirə etmək niyyətindədir”.

Ç.Rəhimov həmçinin Konfransın yekununda bu sahədə fəaliyyət göstərən müxtəlif qurumlarla Azərbaycan Ağız və Üz-çənə Cərrahları Cəmiyyəti arasında gələcək əməkdaşlıq haqqında memorandumun imzalanacağı planlaşdırılırdığını da qeyd etdi.

Qeyd edək ki, konfransın birinci günündə Elmi Forumda bu sahədə ən yeni texnologiyaların tətbiqinə dair müzakirə və təcrübə mübadiləsi aparılıb. Konfransda dünya şöhrətli məşhur cərrahlar - İbrahim Yıldırım (Türkiyə), Edqar Bimer (Almaniya), Aleksandr Nerobeyev (Rusiya), SM Balaşi (Hindistan), Pietro Bormioli (İtaliya) və digər iştrakçıların məruzələri səsləndirilib.

Həmçinin, bir neçə qabaqcıl ölkənin Ağız və Üz-çənə Cərrahları Cəmiyyətlərinin Prezidentləri (İtaliya, İngiltərə, Almaniya, Türkiyə, İran, Russiya, Hindistan, Ukrayna, Gürcüstan, Qazaxıstan, İsrail) və tanınmış mütəxəssisləri də toplantıyaqatılıblar. Konfransda Avropa Ağız və Üz-çənə Cərrahları Cəmiyyətinin nümayəndələri də iştirak edir.

aia.az







Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024