Mobil versiya
ABŞ ikinci vətəndaş müharibəsi astanasındadır
Tarix: 29-06-2018, 11:03 | Saat: 15:47:00
Bölmə:Manşet / Dünya | çapa göndər

ABŞ ikinci vətəndaş müharibəsi astanasındadır


Yaxın 5 il ərzində ABŞ-ı ikinci vətəndaş müharibəsi təhlükəsi gözləyir. .

AzVision.az xəbər verir ki, bu barədə “USA.one” apardığı sorğunun nəticələrinə əsasən belə qənaətə gəlib
Sorğunun nəticələrinə görə, seçki hüququna malik amerikalıların 31%-i 1860-cı illərdən sonra ABŞ-da yenidən vətəndaş müharibəsi olacağından ehtiyat edirlər. Onların 11%-i isə bunun mütləq baş verəcəyinə əmin olduqlarını deyiblər.

Respondentlərin 59%-i isə hesab edir ki, Amerikada ikinci vətəndaş müharibəsinin olma ehtimalı olduqca azdır. Lakin amerikalıların 29%-i bu ehtimalı istisna etməyiblər. Məlum olub ki, yeni vətəndaş müharibəsinin baş verməsindən ən çox ehtiyat edənlər demokratlardır – 37%. Respublikaçıların isə 32%-i bu təhlükədən narahatdır. Heç bir partiyaya üzv olmayan bitərəf amerikalıların 26%-i isə düşünür ki, ABŞ yeni “daxili müharibə” astanasındadır.

“USA.one” apardığı sorğunun nəticələri onu da müəyyənləşdirib ki, amerikalılar prezident Donald Trampın yürütdüyü siyasətin əleyhdarlarının təcavüzə əl atacaqlarından qorxurlar. Sorğu nəticələrinin irqlər arasındakı müqayisəsinə görə isə, afroamerikalıların 44, ağdərililərin isə 28%-i yaxın illərdə ABŞ-da ikinci vətəndaş müharibəsinin olacağını istisna etməyiblər.

Qeyd edək ki, son illərdə ABŞ-da qaradərililərə qarşı huquq-mühafizə orqanlarının amansız rəftarı, Trampın müsəlmanlar və miqrantlara qarşı sərt siyasəti ölkədə diskriminasiya hallarını çoxaldıb. Qərb mediası yazır ki, irqi-dini dözümsüzlük səbəbindən Amerika ikinci vətəndaş müharibəsi astanasındadır.

aia.az



5215 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

21-05-2019
«    Май 2019    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
{sape_links}{sape_article}