Mobil versiya
Bakı-Sumqayıt yolundakı tıxacla bağlı yeni AÇIQLAMA: “Təmirə ehtiyac vardı”
Tarix: 28-06-2018 | Saat: 17:13
Bölmə:Karusel / Gündəm | çapa göndər

Bakı-Sumqayıt yolundakı tıxacla bağlı yeni AÇIQLAMA: “Təmirə ehtiyac vardı”



Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) dünəndən etibarən şəhərin müxtəlif yerlərində müşahidə edilən tıxaclarla bağlı yaranmış narazılığa aydınlıq gətirib.



“Yolun təmirə ehtiyacı vardı”



Qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin bildirdiyinə görə, Bakı-Quba-Rusiya dövlət sərhədi avtomobil yolunun 6-18-ci km-lik hissəsi 2008-ci ildə istifadəyə verilib və 10 ildir təmir olunmayıb:

“Normativə əsasən, hər 4-5 ildən bir yol örtüyünün aşınma qatı yenilənməlidir (hazırda görülən işlər). Sözügedən yol örtüyünün üst qatında intensiv hərəkət və təbii fatorların təsiri ilə artıq aşınmalar yaranmışdı. Təmir işləri aparılmasaydı 1-2 ildən sonra asfalt örtüyün alt qatında daha ciddi problemlər yaranacaqdı. Artıq o zaman yol daha uzun müddətə bağlanılaraq təmirinə ehtiyac yaranacaqdı. Bu üzdən yolun hazırda qısa müddətlik təmiri daha məqsədəuyğun idi.

Qeyd üçün deyim ki, bu kimi təmir işləri barədə qərarı, özü də şəhərin intensiv hərəkət olan hissəsində Agentliyimiz özbaşına qəbul etməyib. Bu cür məsələlər Yol Hərəkəti Təhlükəsizlik komissiyasına daxil olan bütün qurumlarla məsləhətləşib razılaşdırıldıqdan sonra aparılır”.



Hər dəfə etiraz üçün səbəb var...


A.Nəcəfli təmirin niyə isti yay günlərində icra olunduğunu belə izah edib:

“İndi həmin yolda çalışan işçilər, təmirin daha sərin aylarda edilməsinin tərəfdarıdılar. Amma bu işlər payız və ya yaz aylarında aparılsaydı, o zaman deyəcəkdilər ki, bəyəm bunu gözləyib məktəblərin tətili zamanı həyata keçirmək mümkün deyildimi?! Biz də bunu gözlədik. Orta məktəb və ali təhsil müəssisələri tətilə çıxdıqdan, sözügedən yolda hərəkət intensivliyi azalandan sonra işlərə başlanıldı. Hətta bayram günləri də nəzər alındı ki, birdən kimsə istirahətə, rayona gedər maneəçilik yaşatmayaq”.



Təmir nə zaman yekunlaşacaq?



AAYDA rəsmisi deyib ki, hazırda qızğın iş gedir:

“Bu səbəbdən 20 yanvar körpüsü və tunellə hərəkət məhdudlaşdırılıb. Nəqliyyat axını 20 yanvar dairəsi və Şamaxı yolu (Şamaxinka) adlanan əraziyə yönəldiyindən orda sıxlıq yaşanır. 2-3 günə dediyim ərazilərdə işlər bitən kimi körpü və tunellə hərəkət bərpa olunacaq və “Şamaxı yolu” deyilən ərazidə yaşanan sıxlıq aradan qalxacaq.

Ötən günlə müqayisədə hazırda ərazidə sıxlıq azalıb. Hətta ötən gün Sumqayıt istiqamətindən Bakıya girişdə xaos yaşanırdı. Hazırda isə bu yoxdur, yol boşdur. Niyə? Çünki sürücülər alternativ yollara (Bakı Dairəvi-1 - Lökbatan-Xocahəsən avtomobil yolları, Binəqədi şosesi - Binəqədi-Biləcəri (4-cü qapı küçəsi), Binəqədi-Novxanı-Masazır, Bİnəqədi-Novxanı-Corat və Sumqayıt-Pirşağı avtomobil yolları) üstünlük veriblər.

Təmir işləri sonrakı mərhələlərdə hissə-hissə Xırdalan dairəsinə qədər davam etdiriləcək. Bu zaman hərəkət zolaqlarının yarısında təmir aparılacaqsa, yarısı ilə hərəkət davam etdiriləcək”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024