Mobil versiya
GDU-NUN TARİX-COĞRAFİYA FAKÜLTƏSİNDƏ BİABIRÇILIQ
Tarix: 28-06-2018 | Saat: 15:22
Bölmə:Manşet / Seçilənlər-6 | çapa göndər



21.06.2018-ci il tarixdə Gəncə Dövlət Universitetinin Tarix – coğrafiya fakültəsinin tarix – coğrafiya ixtisasının 4-cü kurs tələbələrinin imtahanı olmuşdur. İmtahan Azərbaycanın iqtisadi coğrafiyası fənnindən olmuşdur. İmtahan müəllimi Arifə Əhmədli olub. İmtahan zamanı tələbələr onlara verilən bunker üçün sualların cavablarında düzgün cavabların olmadığını aşkarlamışdır. Məsələ ilə bağlı imtahan münaqişə komissiyasına müraciət olunmuşdur. Tələbələr dərhal ərizə ilə komissiyaya müraciət etmişlər. Komissiyadan gələn cavabda isə fakültəyə gedib orada araşdırmalarını məsləhət bilmişlər. Fakültə dekanı tələbələrin haqlı iradları ilə əlaqədar fənn müəllimi “pedaqogika üzrə fəlsəfə doktoru” Arifə Əhmədlini çağırmış və məsələni həll etməyə çalışmışdır. Lakin dekan Urfan Həsənov tələbələrin mənafeyini qorumaq əvəzinə müəllimə bəraət qazandırmışdır. Tələbələr müəllimlə test sualları ilə əlaqədar kimin doğru olub – olmadığını mübahisə etmişlər. Tələbələr suallarda cavabların düzgün qeyd olunmadığını Arifə müəlliməyə sübut etmişlər. Lakin Arifə müəllim həmişəki kimi tələbələrə sərt cavablar verərək onları təhqir etmiş və dekan Urfan Həsənov isə müəllimi müdafiə etmişdir. Belə hal hər semestrdə təkrar olur. Dekan Urfan Həsənov müəllimlə əlbir olub tələbəni qəsdən kəsib ondan pul qoparmağa çalışır hər dəfə. Tələbələri qorxudaraq onlardan külli miqdarda pul alır.

Münaqişə ilə bağlı yazılmış ərizə faktiki olaraq tədris işləri üzrə prorektora verilib. İmtahanın yenidən keçirilməsi iləı bağlı yeni gün təyin olunub.

Belə hal yalnız bir qrupda olmayıb. Hətta tarix ikinci kursda da türk xalqları fənnindən tələbələrə hazırlaşmaq üçün verilmiş 600 - ə yaxın testin heç biri imtahanda düşməyib. Dekan Urfan Həsənov tələbələrə hədə - qorxu gələrək onlardan imtahandan kəsirlərini düzəltmək üçün 50 manatdan yuxarı pul alıb. Saxta veteran Urfan Həsənov tələbələrə qənim kəsilib. Hər imtahanda tələbələri qəsdən kəsdirərək onlardan pul tələb edir. Özünün övladlarının kef çəkmələri üçün tələbələrin pulunu zorla alır. Tələbələr isə qorxaraq məcburi olaraq pulu verirlər. Açıq – aşkar tələbələr bunu dilə gətirməsələr də gizlində bu barədə ətraflı danışırlar.

Aşağıda adları çəkilən tələbələr Azərbaycanın iqtisadi coğrafiyası fənnindən 21.06.2018-ci ildə şikayət ərizələri ilə müraciət etmiş tələbələrin siyahısıdır. Urfan Həsənov tələbələri elə qorxudur ki onlar doğru olduqlarını belə dillərinə gətirə bilmirlər. Onlardan xəlvəti soruşulduqda hər şeyi açıq aydın deyirlər.

Urfan Həsənovun özbaşınalığı son həddə çatıb.

Tarix-coğrafiya müəllimliyi41

1. Sarıyeva Zivə Mikayıl

2. Osmanova Türkan Məcid

3. Kərimov Röyal Dünyamin

4. Əkbərova Aysun Kamil

5. Abbasova Reyhan Xeyrəddin

6. Ələkbərova Kəmalə Anar

7. Abbasov Tofiq Hikmət

8. Abbasova Nərmin Akif

9. İsmayılov İsmayıl Əbülfəz

10. Abbasova Xanım Raqif

11. Qafarova Zümrüd Nəbi

12. Cəfərov Elmidar Şübay

13. Seyidova İlahə Mirhəsən

14. Məhərrəmov Vəli Mehman

15. Yunusov İsmayıl Elxan

16. Vəlizadə Günay Vüqar

17. Rzayeva Gözəl Mətləb

18. Məmmədova Səbinə Hüseyn

19. Quluzadə Əli Nəsrəddin

Tarix-coğrafiya müəllimliyi 42

1. Ələkbərova Şəhla Eldəniz

2. İsmayılova Təhminə Murad

3. İmranlı Nigar Faiq

4. Cəfərquliyeva Fəridə Cəlal

5. Verdiyeva Aygül Arzu

6. Aslanlı Aynurə Çingiz

7. İsayeva Mələkxanım Ədalət

8. İsmayılova Ülviyyə Lətif

9. Əliyeva Sevda Akif

10. Babayeva Zoya Adil

11. Ədilov Rövşən Alim

12. Nəbiyeva Əfruz Mehman

13. İsmayılova Fatma Əkbər

14. Rüstəmov Niyaz Asim

15. Xəlilov Nicat Nazim

16. Məhərrəmov Solmaz Bəndər

17. Əhmədli Dərya Əziz

18. Məmmədova Zahid İzzət

19. Əliyeva Nurlana Seymur

Bundan başqa ,4 – cü kurs tələbərinə qeyri qanuni olaraq məsləhət saatları təşkil olunur. Dərs yükündə göstərilən saatdan artıq olaraq, yəni bir ay müddətinə məsləhət saatları təyin edir. Əslində məsləhət saatları 2-3 saat olur. Deyək ki, 4 fənn üzrə tələbə imtahan verməlidirsə, cəmi 8-12 saat, yəni həftə ərzində 4 fənn üzrə 1 və ya 2 məsləhət saatı keçməlidir. Lakin Urfan Həsənov 1 ay məsləhət saatı keçiləcəyini bildirir. Gəlmək istəməyən tələbələrdən məsləhət saatlarına görə 100 manat məbləğində rüşvət alır.

Hörmətlə,GDU-nun Tarix-coğrafiya fakültəsinin bir qrup tələbəsi

Qarşı tərəfin mövqeyini öyrənməyə hazırıq.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024