Mobil versiya
Baronessa E.Nikolsonun Akademik C.Əliyeva təşəkkür məktubu
Tarix: 28-06-2018 | Saat: 13:31
Bölmə:Manşet / Səhiyyə | çapa göndər

Baronessa E.Nikolsonun Akademik C.Əliyeva təşəkkür məktubu


6 iyun 2018-ci il tarixdə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Emma Nikolson Milli Onkologiya Mərkəzinin baş direktoru Akademik Cəmil Əliyevə təşəkkür məktubu göndərib.Məktubda Baronessa Emma Nikolson Akademik Cəmil Əliyevə təşkil edilmiş görüş üçün minnətdar olduğunu bildirib.Baroneesa həmçinin Akademik Cəmil Əliyevi gələcək əməkdaşlıq üçün Birləşmiş Krallığa dəvət edib.

Xatırladaq ki, iyunun 1-də Milli Onkologiya Mərkəzinin (MOM) baş direktoru, Akademik Cəmil Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolsonu Milli Onkologiya Mərkəzində qəbul etmişdi.

Baronessa Emma Nikolson Böyük Britaniya ilə Azərbaycan arasında bir sıra vacib sahələrdə mövcud əməkdaşlığın səviyyəsindən razılığını ifadə edərək onun daha da genişləndirilməsinin vacibliyini diqqətə çatdırmışdır. O, Milli Onkologiya Mərkəzində onkoloji xəstələrin yüksək keyfiyyətli müalicəsi üçün yaradılan müasir şəraitin dünya standartları səviyyəsində olduğunu bildirmiş, burada onkoloji xəstəliklərin profilaktikası və müalicəsi sahəsində görülən işləri yüksək qiymətləndirmişdi.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024